Elmi Məqalələrin Axtarışı
Naxçıvan Dövlət Universiteti elmi jurnallarında dərc olunmuş məqalələr, müəlliflər və açar sözlər bazasında axtarış.
AZƏRBAYCANIN BƏRPA OLUNAN ENERJİ STRATEGİYASI VƏ YENİ NƏSİL ŞƏHƏR MODELLƏRİNDƏ TƏTBİQİ
Bu tədqiqat Azərbaycanın bərpa olunan enerji strategiyasını və yeni nəsil şəhər modellərinin – ağıllı şəhər, ağıllı kənd və yaşıl bina konsepsiyalarının ölkədə tətbiqini təhlil etməyi hədəfləyir. Enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifi...
SÜD SƏNAYESİNDƏ QİDA MƏHSULLARI İSTEHSALININ İNKİŞAFINDA SAHİBKARLIĞIN ROLU
Süd sənayesi aqrar iqtisadiyyatın strateji sahələrindən biri olmaqla ərzaq təhlükəsizliyinin təmin edilməsində, kənd yerlərində məşğulluğun artırılmasında və emal sənayesinin inkişafında mühüm rol oynayır. Məqalədə Azərbaycanda süd sənayesində qida m...
DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIQLARINDA RİSKLƏRİN BÖLÜŞDÜRÜLMƏSİ VƏ DƏYƏRƏ GÖRƏ SƏMƏRƏLİLİYİN QİYMƏTLƏNDİRİLMƏSİ: AZƏRBAYCAN ÜÇÜN KONSEPTUAL ÇƏRÇİVƏ
Bu tədqiqatın məqsədi Azərbaycan Respublikasında dövlət-özəl tərəfdaşlığı (DÖST) layihələrində risklərin səmərəli bölüşdürülməsi və dəyərə görə səmərəliliyin qiymətləndirilməsi üçün konseptual çərçivə təqdim etməkdir. Mövzu dövlət infrastrukturunun i...
DAYANIQLI SOSİAL İNKİŞAFIN İNSTİTUSİONAL TƏMİNATININ TƏKMİLLƏŞDİRİLMƏSİ: PROBLEMLƏR VƏ İNKİŞAF İSTİQAMƏTLƏRİ
Məqalədə dayanıqlı sosial inkişafın təmin edilməsində institusional mexanizmlərin rolu və onların təkmilləşdirilməsi istiqamətləri araşdırılmışdır. Tədqiqatın əsas məqsədi sosial inkişafın dayanıqlılığını təmin edən institusional amilləri sistemləşdi...
Z NƏSLİ SIĞORTA İSTEHLAKÇISI KİMİ: ETİBAR, MƏNZİL ƏLDƏ ETMƏ MANEƏLƏRİ VƏ ABŞ İLƏ AZƏRBAYCANDA CƏLBETMƏ YOLLARI
Aktuallıq: İlk tam rəqəmsal nəsil olan Z nəsli yetkinlik dövrünə kifayət qədər sığortalanmamış və nəzərəçarpacaq dərəcədə şübhəçi istehlakçı qrupu kimi daxil olur; bu, sığortaçılar üçün gənc nəsli necə cəlb etmək sualını qaldırır. Məqalə mənzil əldə...
İQTİSADİYYATIN YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ ABŞERON YARIMADASININ ÜMUMİ SU TƏLƏBATININ ÖDƏNİLMƏSİNDƏ DƏNİZ SUYUNUN DUZSUZLAŞDIRILMASININ STRATEJİ ROLU
Məqalə yeni iqtisadi inkişaf mərhələsində Abşeron yarımadasında su təchizatının dayanıqlığının gücləndirilməsində dəniz suyunun dussuzlaşdırılmasının strateji rolunu araşdırır. Tədqiqatın aktuallığı Bakı–Sumqayıt–Abşeron şəhər agglomerasiyasının səna...
AZƏRBAYCAN BANK SİSTEMİNDƏ MƏZƏNNƏ RİSKİNİN İDARƏ OLUNMASI: 2015–2024-CÜ İLLƏR ÜZRƏ RİSKƏ MƏRUZ DƏYƏR (VAR) YANAŞMASININ EMPİRİK QİYMƏTLƏNDİRİLMƏSİ
Tədqiqatın məqsədi 2015–2024-cü illərdə Azərbaycan manatının ABŞ dolları və avroya qarşı rəsmi məzənnələri üzrə bazar riskini Riskə Məruz Dəyər (Value at Risk – VaR) yanaşması ilə müstəqil şəkildə qiymətləndirməkdir. Azərbaycan Mərkəzi Bankının gündə...
AZƏRBAYCAN RESPUBLİKASINDA DEMOQRAFİK DAYANIQLILIĞIN TƏMİN EDİLMƏSİ: PRİORİTET İSTİQAMƏTLƏR VƏ İNTEQRAL QİYMƏTLƏNDİRMƏ MODELİ
Bu elmi məqalədə Azərbaycan Respublikasında demoqrafik siyasətin prioritet istiqamətləri və demoqrafik dayanıqlılığın təmin edilməsi məsələləri araşdırılmışdır. Tədqiqatın məqsədi ölkədə mövcud demoqrafik vəziyyəti qiymətləndirmək, demoqrafik tarazlı...
İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ DAĞ-MƏDƏN MÜƏSSİSƏLƏRİNİN İNNOVASİYA VƏ TEXNOLOGİYA SƏVİYYƏSİNİN TƏHLİLİ
Məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində formalaşmaqda olan dağ-mədən müəssisələrinin innovasiya və texnologiya səviyyəsi mövcud statistik məlumatların imkanları çərçivəsində qiymətləndirilir. Tədqiqatın məqsədi mineral-xammal potensi...
NAXÇIVANDA REGİONAL İNKİŞAFIN MALİYYƏ TƏMİNATI: 2023-2027-Cİ İLLƏR DÖVLƏT PROQRAMININ STRATEJİ VƏ İQTİSADİ ASPEKTLƏRİ
Məqalədə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" nın onun maliyyə sisteminə təsiri kompleks şəkildə təhlil edilmişdir. Tədqiqatın əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan strate...
AZƏRBAYCANDA İKT-NİN MAKROİQTİSADİ TƏHLİLİ VƏ QEYRİ-NEFT İQTİSADİYYATINDA ROLU
Qlobal rəqəmsallaşma şəraitində İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sektoru milli iqtisadiyyatların rəqabətqabiliyyətliliyinin əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu tədqiqatın əsas məqsədi post-pandemiya dövründə Azərbaycanda İ...
RƏQƏMSAL İQTİSADİYYATDA SOSİAL İNVESTİSİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ VƏ İNSAN KAPİTALININ İNKİŞAFI
Müasir rəqəmsal iqtisadiyyat şəraitində sosial investisiyaların səmərəli maliyyələşdirilməsi insan kapitalının inkişafının və dayanıqlı iqtisadi artımın əsas determinantlarından biri hesab olunur. Sosial investisiyalar təhsil, səhiyyə, sosial müdafiə...