Elmi əsərlər jurnalı AAK-ın bütün elm sahələrinə uyğun məqalələrin çapını həyata keçirir.Məqalə göndərərkən elm sahəsini düzgün seçin.
Jurnal 1997-ci il 13 fevral tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. (Şəhadətnamə №550). Jurnalın təsisçisi Naxçıvan Dövlət Universitetidir.
Naxçıvan Dövlət Universiteti Elmi Əsərlər jurnalının redaksiya heyəti müəlliflərin diqqətinə çatdırır ki, jurnalın növbəti 4-cü nömrəsi üçün MƏQALƏLƏRİN QƏBULU 01 OKTYABR 2026-cı il tarixindən 31 OKTYABR 2026-cı il tarixinədək davam edəcəkdir.
Müəlliflərdən məqalələrin jurnalın tələblərinə və akademik etik prinsiplərə uyğun şəkildə hazırlanaraq müəyyən edilmiş müddətlər ərzində təqdim olunması xahiş edilir. Təqdim edilən bütün məqalələr redaksiya baxışı və elmi rəy (peer-review) mərhələsindən keçdikdən sonra dərc üçün qiymətləndiriləcəkdir.