Nəşriyyat Qaydaları

1. Məqalə qəbul tarixləri: Hər nömrə üçün məqalə qəbulunun son tarixi nəşrdən əvvəl elan edilir. Müəlliflərə qəbul/nəşr tarixi haqqında ətraflı məlumat e-poçt vasitəsilə bildirilir.

2. Çap prosesi: Qəbul edilmiş məqalələr redaktə, formatlaşdırma və mətn yoxlamasından keçir. Müəlliflərə son təsdiq üçün PDF versiyası göndərilir. Düzəlişlər üçün 10 iş günü müddət verilir. Çapdan sonra müəlliflərə elektron versiya (PDF) və çap nüsxəsi (əgər tələb olunarsa) təqdim edilir.

3. Abunə və çap nüsxələri: Jurnalın çap nüsxələri kitabxanalara və aid departamentlərə pulsuz paylanır. Müəlliflər jurnalın üz qabığını və məqalənin elektron variantını jurnalın elektron səhifəsindən yükləyə bilərlər.

4. Rədd edilmiş məqalələr: Rəyçilərin yoxlamasından sonra məqalə iradlarla birlikdə düzəlişlər edilməsi üçün təkrar müəlliflərə göndərilir. Nəşrindən imtina edilən məqalələr haqqında müəllif məlumatlandırılır.

5. Digər qaydalar: Jurnalda orijinal, daha əvvəl nəşr olunmamış və nəşr üçün başqa bir jurnala göndərilməmiş işlər dərc edilir.

Plagiat yoxlaması aparılır. Plagiat 15%:-dən artıq olduqda nəşrə qəbul edilmir. Plagiat proqramında yoxlanılma zamanı, oxşarlıq faizi nəzərdə tutulandan çox olduqda məqalə müəllifə düzəliş üçün göndərilir. Təkrar plagiat proqramından keçirmək üçün müəllif əlavə ödəniş etməlidi.

Ətraflı məlumat üçün: [jurnalın rəsmi e-poçtu elmieserler@ndu.edu.az /vebsaytı ndu.edu.az] ilə əlaqə saxlaya bilərsiniz.