Elmi Məqalələrin Axtarışı
Naxçıvan Dövlət Universiteti elmi jurnallarında dərc olunmuş məqalələr, müəlliflər və açar sözlər bazasında axtarış.
ƏDƏBİYYATDA SƏRHƏDSİZ DÜNYA: KOSMOPOLİTLİK VƏ LOKAL KİMLİKLƏRİN QARŞILAŞMASI (Azərbaycan ədəbiyyatına qısa baxış)
Müasir qloballaşma dövründə ədəbiyyat sərhədləri aşararaq kosmopolit bir mahiyyət qazanmağa başlayır. Bir tərəfdən dünya ədəbiyyatı mədəniyyətlərarası əlaqələri gücləndirərək yeni bir qlobal mədəni mühit formalaşdırır. Digər tərəfdən, yerli kimliklər...
MAHİRƏ NAĞIQIZININ POETİK DİLİ
Məqalədə Azərbaycan poetik dili haqqında danışılır. Bu məqsədlə Mahirə Nağıqızının poeziyası təhlilə cəlb olunur. Mahirə Nağıqızının şeir dili təbiiliyi, sadəliyi və saflığı ilə seçilən maraqlı mənbə kimi təhlil olunur. Şairə şeirdə xalqın ruhunu qo...
FRAZEOLOGİYA АZƏRBАYCАN DİLÇİLİYİNİN MÜHÜM SAHƏSİ KİMİ
Elmi məqalədə müasir Azərbaycan dili frazeologiyanın ən aktual məsələləri, yeni metod və üsulları araşdırılmışdır. Məqalədə qeyd olunur ki, Azərbaycan dilçiliyində də frazeologiya nəzəriyyəsinin inkişaf tarixinin hərtərəfli aspektdə öyrənilməsi aktua...
BEYNƏLXALQ TƏŞKİLATLAR MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏR SİSTEMİNİN ƏSAS AKTORLARI KİMİ
Vestfaliya müqaviləsi ilə əsası qoyulan müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası münasibətlərin tənzimlənməsi və əməkdaşlığın qurulması üçün beynəlxalq təşkilatlar mühüm rol oynamağa başlamışdır. Son onilliklərdə beynəlxalq təşkilatla...
MƏKTƏBDƏ METODİK İŞLƏR MÜƏLLİMLƏRİN PEŞƏKARLIĞININ YÜKSƏLDİLMƏSİ AMİLİ KİMİ
Müasir dövr müəllimlərin qarşısında gənc nəslin hərtərəfli inkişaf etdirilməsi və onların fəal həyata hazırlanması kimi məsul və taleyüklü bir vəzifə qoymuşdur. Buna yüksək səviyyədə nail olunması isə müəllimlərin peşə və ixtisas hazırlığından çox as...
MÜƏLLİMİN PEŞƏKARLIĞINDA ÜNSİYYƏTİN, PEDAQOJİ TEXNİKANIN ROLU
Şagirdlərin təhsillə bağlı problem və gündəlik qayğıları, valideynlərlə işgüzar əlaqə saxlaması. Azərbaycan təhsilinin dünyanın mütərəqqi təhsil sisteminə inteqrasiya. Pedaqoji kadrlar hazırlığı modelinin dəyişdirilməsi, biliyin qiymətləndirilməsi. Ş...
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TARİXİ KÖKLƏRİ VƏ SƏBƏBLƏRİ
Qarabağ problemi yalnız iki dövlət arasında olan regional problem deyil. Dünyanın güc mərkəzlərinin də marağını cəlb edən qlobal məsələ statusu daşıyır. Cənubi Qafqaz bölgəsi daim böyük güclərin diqqətini cəlb etmişdir. Lakin ortaya maraqlı suallar ç...
MOSKVA VƏ QARS MÜQAVİLƏLƏRİNİN NAXÇIVAN MUXTARİYYƏTİNDƏ ROLU VƏ YERİ
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakının siyasi təsirindən kənarda qalan yeganə ərazi Naxçıvan bölgəsi idi. Ermənistanın silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik davam edirdi. Cənubi Qafqaz...
SİNİR SİSTEMİNİN ANADANGƏLMƏ İNKİŞAF QÜSURLARI
Embrional inkişaf dövründə, müxtəlif səbəblərdən, rüşeymin üzv və toxumalarının qeyri-normal quruluş alması və funksiyasının pozulması nəticəsində anadangəlmə inkişaf qüsurları əmələ gəlir. Yenidoğulmuşların 3-5%-də, 10-15 yaşlarında olan uşaqların i...
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA ÜZÜM SORTLARININ ZƏRƏRVERİCİLƏRİ VƏ ONLARA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ
Üzüm bitkisi də digər bitkilər kimi müxtəlif xəstəliklərin və zərərvericilərin abiotik təsirinə məruz qalır. Tənəklərin qorunması, inkişafının təmin olunması məhsuldarlığın artmasına, məhsulun keyfiyyətinin yüksəlməsinə, bütövlükdə ölkənin ərzaq təhl...