Elmi Məqalələrin Axtarışı
Naxçıvan Dövlət Universiteti elmi jurnallarında dərc olunmuş məqalələr, müəlliflər və açar sözlər bazasında axtarış.
QIZIL NANOHİSSƏCİKLƏRİNİN REDUKSİYA ÜSULU İLƏ ƏLDƏ EDİLMƏSİ
Qızıl nanohissəcikləri reduksiya üsulu ilə uğurla sintez edilmişdir. Başlanğıcda, reaksiya zamanı bir qədər mavi məhlul əmələ gəlir, sonra tədricən nanohissəciklərin əmələ gəlməsini göstərən qırmızı-bənövşəyi çöküntüyə çevrilir. Sintez edilmiş qızıl...
MAGİSTRANT PEDAQOQLARIN PEŞƏ KOMPETENSİYALARININ FORMALAŞMASINDA MAGİSTR DİSSERTASİYASININ ROLU
Məqalədə magistrant pedaqoqların peşə kompetensiyalarının formalaşmasında magistr dissertasiyasının rolundan bəhs edilir. Magistrantların elmi tədqiqatçılıq fəaliyyətinin təzahürü olan magistr dissertasiyası tələbənin peşə hazırlığının səviyyəsini, o...
REJİSSOR TƏHLİLİ PYESƏ MÜASİR YANAŞMA
Məlum məsələdir ki, teatr tamaşasının əsasında dramaturji material dayanır. Lakin tamaşanın müəlliifi rejissor olduğu üçün dramaturqun ortaya qoyduğu problemin müasirliyini mütləq önə çəkməlidir. Rejissor pyesə müəllifin fikirlərini təkzib etmədən mü...
COP 29-UN AZƏRBAYCANIN YAŞIL İQTİSADİYYAT STRATEGİYASINDA YERİ
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (UNFCCC) Tərəflərin 29-cu Konfransına (COP 29) ev sahibliyi etmək Azərbaycanın yaşıl iqtisadiyyata keçidi üçün strateji mərhələni təmsil edir. Bu məqalə COP 29-un Azərbayc...
RİYAZİ FİZİKA TƏNLİKLƏRİ FƏNNİ TƏLİMİNİN METODİKİ SİSTEMİ VƏ PRİNSİPLƏRİ
Məqalədə riyazi fizika tənlikləri kursu təliminin metodiki sistemi və prinsipləri məsələsinə baxılır. Ali məktəblərdə tədris olunan fənlərin öyrənilməsinə qoyulan tələbi riyazi fizika tənlikləri üçün tətbiq etməkdən ötəri iki mərhələli həll metodu t...
İNFORMASİYA FONUNDA YARIMKEÇİRİCİ QURĞULAR FİZİKASININ TƏDRİS SİSTEMİNİN ÖYRƏNİLMƏSİ
Məqalədə informasiyadan istifadə etməklə yarımkeçiricilər fizikasının öyrənilməsi və tədrisin səmərəliliyini artırmaq üçün kommunikasiya texnologiyaları imkanları müzakirə olunur. Tədqiqat məqsədi ilə yarımkeçiricilər fizikası üzrə tədris proqramları...
ZAMANIN KONSEPTUAL VƏ LİNQVİSTİK KATEQORİYALARI
Dilçilikdə zamanın və zaman münasibətlərinin ifadə edilməsi üçün dilin müxtəlif səviyyələrində semantik kateqoriya şəklində formalaşaraq, bir-birini müşayiət edən ifadə vasitələrinin mövcudluğu haqqında müxtəlif mülahizələr irəli sürülmüşdür. Həmin m...
MAHİRƏ NAĞIQIZININ POETİK DİLİ
Məqalədə Azərbaycan poetik dili haqqında danışılır. Bu məqsədlə Mahirə Nağıqızının poeziyası təhlilə cəlb olunur. Mahirə Nağıqızının şeir dili təbiiliyi, sadəliyi və saflığı ilə seçilən maraqlı mənbə kimi təhlil olunur. Şairə şeirdə xalqın ruhunu qo...
AZƏRBAYCAN VƏ TÜRK DİLLƏRİNƏ AİD PAREMİOLOJİ VAHİDLƏRDƏ OXŞAR FONETİK TƏRKİBLİ SÖZLƏR
Fonetik səsləşmələr də bədiiliyin ifadəsinə xidmət edən mühüm detallardandır. Oxşar fonetik tərkibli sözlər adətən bir sait, yaxud samitə görə bir-birindən fərqlənir. Fonetik səsləşmələr hər hansı leksik vahidi xüsusi olaraq nəzərə çarpdırmaq məqsədi...
İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ
Məqalədə XX əsr Azərbaycan şairi İslam Səfərlinin şeirləri tamamilə yeni meyarlarla dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, İslam Səfərlinin yaradıcılığı Azərbaycan şeirində Avropa barokko üslubundan danışmağa imkan verir. Barokko üslubu İslam Səfər...
MƏKTƏBDƏ METODİK İŞLƏR MÜƏLLİMLƏRİN PEŞƏKARLIĞININ YÜKSƏLDİLMƏSİ AMİLİ KİMİ
Müasir dövr müəllimlərin qarşısında gənc nəslin hərtərəfli inkişaf etdirilməsi və onların fəal həyata hazırlanması kimi məsul və taleyüklü bir vəzifə qoymuşdur. Buna yüksək səviyyədə nail olunması isə müəllimlərin peşə və ixtisas hazırlığından çox as...
NEYROELM ƏSASLI METODİKALARIN ÜMUMİ PSİXOLOJİ SƏCİYYƏSİ
Məqalənin əsas məqsədi nevrologiyaya əsaslanan metodların ümumi psixoloji xüsusiyyətlərini araşdırmaqdır. Kiçikyaşlı məktəblilər üçün tətbiq olunan metodlar dövrün tendensiyalarına uyğun olmalıdır. İbtidai siniflərdə tətbiq olunan təlim metodlarının...