AZƏRBAYCAN VƏ TÜRK DİLLƏRİNƏ AİD PAREMİOLOJİ VAHİDLƏRDƏ OXŞAR FONETİK TƏRKİBLİ SÖZLƏR

Cild 7, Say 1, 2025, səh. 53-57
Göndərildi: 15.10.2025 Qəbul edildi: 19.03.2025 Dərc edildi: 19.03.2025
DOI: Təyin edilməyib DİL: AZƏRBAYCAN DILI
Müəlliflər
Leyla Məmmədzadə
Azərbaycan
AZERBAIJAN
Xülasə
AZƏRBAYCANCA 319 söz
Fonetik səsləşmələr də bədiiliyin ifadəsinə xidmət edən mühüm detallardandır. Oxşar fonetik tərkibli sözlər adətən bir sait, yaxud samitə görə bir-birindən fərqlənir. Fonetik səsləşmələr hər hansı leksik vahidi xüsusi olaraq nəzərə çarpdırmaq məqsədini izləyir. Belə oxşarlıqlar atalar sözlərində obrazlı-emosional məqamlar yaradır. Fonetik səsləşmə yaradan sözlər hər iki dilin paremiyalarında ahəng, ritm əmələ gətirir. Azərbaycan dilinin atalar sözlərində mürəkkəb quruluşlu sözlərin tərkib hissələrindən fonetik səsləşmə yaratmaq üçün istifadə olunur. Oxşar fonetik səsləşmələr eyni köklü sözlərin iştirakı etdiyi paremiyalarda bədii-üslubi məqam kimi də xüsusi əhəmiyyət kəsb edir. Fonetik səsləşmə yaradan sözlərin cümlədəki mövqeyi, təkrar elementli sözlərin yaxınlıq dərəcəsi də paremioloji vahidlərin üslubi keyfiyyət göstəricilərindəndir. Tədqiqatın əsas məqsədi Azərbaycan və türk dillərinə aid paremioloji vahidlərdə oxşar fonetik tərkibli sözlərin fonetik-üslubi xüsusiyyətlərinin araşdırılmasıdır. Məqalədə əsasən təsviri metoddan istifadə edilmiş, müqayisəli, struktur təhlil metodlarına da yeri gəldikcə müraciət olunmuşdur. Hər iki dilin paremiyalarında fonetik vahidlər bəzi üslubi keyfiyyətləri ilə fərqlənir. Azərbaycan və türk dillərinə məxsus paremioloji vahidlərdə oxşar fonetik tərkibli sözlər bəzi ortaq dil-üslub xüsusiyyətləri nümayiş etdirir.
CC BY 4.0

Bu məqalə Creative Commons Attribution 4.0 International (CC BY 4.0) lisenziyası ilə qorunur. Bu lisenziya orijinal müəllif və mənbəyə istinad vermək şərtilə materialın kopyalanması, paylaşılması, adaptasiya edilməsi və yenidən paylanmasına icazə verir.

AZƏRBAYCAN VƏ TÜRK DİLLƏRİNƏ AİD PAREMİOLOJİ VAHİDLƏRDƏ OXŞAR FONETİK TƏRKİBLİ SÖZLƏR

Leyla Məmmədzadə
XÜLASƏ
Fonetik səsləşmələr də bədiiliyin ifadəsinə xidmət edən mühüm detallardandır. Oxşar fonetik tərkibli sözlər adətən bir sait, yaxud samitə görə bir-birindən fərqlənir. Fonetik səsləşmələr hər hansı leksik vahidi xüsusi olaraq nəzərə çarpdırmaq məqsədini izləyir. Belə oxşarlıqlar atalar sözlərində obrazlı-emosional məqamlar yaradır. Fonetik səsləşmə yaradan sözlər hər iki dilin paremiyalarında ahəng, ritm əmələ gətirir. Azərbaycan dilinin atalar sözlərində mürəkkəb quruluşlu sözlərin tərkib hissələrindən fonetik səsləşmə yaratmaq üçün istifadə olunur. Oxşar fonetik səsləşmələr eyni köklü sözlərin iştirakı etdiyi paremiyalarda bədii-üslubi məqam kimi də xüsusi əhəmiyyət kəsb edir. Fonetik səsləşmə yaradan sözlərin cümlədəki mövqeyi, təkrar elementli sözlərin yaxınlıq dərəcəsi də paremioloji vahidlərin üslubi keyfiyyət göstəricilərindəndir. Tədqiqatın əsas məqsədi Azərbaycan və türk dillərinə aid paremioloji vahidlərdə oxşar fonetik tərkibli sözlərin fonetik-üslubi xüsusiyyətlərinin araşdırılmasıdır. Məqalədə əsasən təsviri metoddan istifadə edilmiş, müqayisəli, struktur təhlil metodlarına da yeri gəldikcə müraciət olunmuşdur. Hər iki dilin paremiyalarında fonetik vahidlər bəzi üslubi keyfiyyətləri ilə fərqlənir. Azərbaycan və türk dillərinə məxsus paremioloji vahidlərdə oxşar fonetik tərkibli sözlər bəzi ortaq dil-üslub xüsusiyyətləri nümayiş etdirir.
Ədəbiyyat Siyahısı (0)

Bu məqalə üçün ədəbiyyat siyahısı daxil edilməyib.

Məqaləyə İstinad Formatları
APA 7TH EDITION
Məmmədzadə, L. (2025). AZƏRBAYCAN VƏ TÜRK DİLLƏRİNƏ AİD PAREMİOLOJİ VAHİDLƏRDƏ OXŞAR FONETİK TƏRKİBLİ SÖZLƏR . NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ, 7(1), 53-57.
VANCOUVER
Məmmədzadə L. AZƏRBAYCAN VƏ TÜRK DİLLƏRİNƏ AİD PAREMİOLOJİ VAHİDLƏRDƏ OXŞAR FONETİK TƏRKİBLİ SÖZLƏR . NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ. 2025;7(1):53-57.
CHICAGO MANUAL OF STYLE
Məmmədzadə, Leyla. "AZƏRBAYCAN VƏ TÜRK DİLLƏRİNƏ AİD PAREMİOLOJİ VAHİDLƏRDƏ OXŞAR FONETİK TƏRKİBLİ SÖZLƏR ." NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ 7, no. 1 (2025): 53-57.