İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ

Cild 7, Say 1, 2025, səh. 25-32
Göndərildi: 15.10.2025 Qəbul edildi: 19.03.2025 Dərc edildi: 19.03.2025
DOI: Təyin edilməyib DİL: AZƏRBAYCAN DILI
Müəlliflər
Xülasə
AZƏRBAYCANCA 359 söz
Məqalədə XX əsr Azərbaycan şairi İslam Səfərlinin şeirləri tamamilə yeni meyarlarla dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, İslam Səfərlinin yaradıcılığı Azərbaycan şeirində Avropa barokko üslubundan danışmağa imkan verir. Barokko üslubu İslam Səfərlinin lirik əsərlərində poetik ifadə gözəlliyini təmin etmişdir. Şair bəzən oxucu düşüncəsinin qəbul etməkdə çətinlik çəkdiyi məfhumları poeziyaya gətirməklə Azərbaycan ədəbi dilinin məcazlar sistemində ciddi yeniliklərə imza atmışdır. İ.Səfərlinin “Xəzərim”, “Sənsən” kimi şeirləri deməyə əsas verir ki, şairin yaradıcılığında barokko üslubunun bütöv bir sistemi yer tutmaqdadır. Şair hətta klassik şeir formalarının quruluşunda müəyyən yeniləşmələr aparmış, bəzəkli sözlərlə poetik dilin emosional təsir gücünü xeyli gücləndirmişdir.
Barokko kələ-kötür mirvari deməkdir. İslam Səfərli poeziyasında da poetik sözlərin sırası kələ-kötür mirvarilərin düzümü qədər gözəldir. Şair qəfil poetik gedişlər edərək göz önündə təbiətlə özü arasında bütün sərhədləri dağıdan monumental İnsan obrazı canlandırır. Yəqinliklə, XX əsrin II yarısında Azərbaycan ədəbiyyatında “eşitmənin böyük rəssamı” İslam Səfərli olmuşdur. Şairin poeziyası barokko poeziyasına uyğunluqla qeyri-adi obrazlı köçürmələrlə zəngindir. İslam Səfərlinin yaradıcılığında yeni bir məcazi deyimin yer tutmadığı əsərə rast gəlmək mümkün deyil. Bu baxımdan şairə məxsus yeni bədii üslubdan danışmağa imkan verən “Əsrin ürəyi”, “Naxçıvan yadigarı”, “Azərbaycanım”, “Mənim adi günlərim” kimi yüzlərlə şeir Azərbaycan barokkosunun qiymətli örnəkləri olmaqla məxsusi dəyərləndirilməlidir.
CC BY 4.0

Bu məqalə Creative Commons Attribution 4.0 International (CC BY 4.0) lisenziyası ilə qorunur. Bu lisenziya orijinal müəllif və mənbəyə istinad vermək şərtilə materialın kopyalanması, paylaşılması, adaptasiya edilməsi və yenidən paylanmasına icazə verir.

İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ

İman Cəfərov
XÜLASƏ
Məqalədə XX əsr Azərbaycan şairi İslam Səfərlinin şeirləri tamamilə yeni meyarlarla dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, İslam Səfərlinin yaradıcılığı Azərbaycan şeirində Avropa barokko üslubundan danışmağa imkan verir. Barokko üslubu İslam Səfərlinin lirik əsərlərində poetik ifadə gözəlliyini təmin etmişdir. Şair bəzən oxucu düşüncəsinin qəbul etməkdə çətinlik çəkdiyi məfhumları poeziyaya gətirməklə Azərbaycan ədəbi dilinin məcazlar sistemində ciddi yeniliklərə imza atmışdır. İ.Səfərlinin “Xəzərim”, “Sənsən” kimi şeirləri deməyə əsas verir ki, şairin yaradıcılığında barokko üslubunun bütöv bir sistemi yer tutmaqdadır. Şair hətta klassik şeir formalarının quruluşunda müəyyən yeniləşmələr aparmış, bəzəkli sözlərlə poetik dilin emosional təsir gücünü xeyli gücləndirmişdir.
Barokko kələ-kötür mirvari deməkdir. İslam Səfərli poeziyasında da poetik sözlərin sırası kələ-kötür mirvarilərin düzümü qədər gözəldir. Şair qəfil poetik gedişlər edərək göz önündə təbiətlə özü arasında bütün sərhədləri dağıdan monumental İnsan obrazı canlandırır. Yəqinliklə, XX əsrin II yarısında Azərbaycan ədəbiyyatında “eşitmənin böyük rəssamı” İslam Səfərli olmuşdur. Şairin poeziyası barokko poeziyasına uyğunluqla qeyri-adi obrazlı köçürmələrlə zəngindir. İslam Səfərlinin yaradıcılığında yeni bir məcazi deyimin yer tutmadığı əsərə rast gəlmək mümkün deyil. Bu baxımdan şairə məxsus yeni bədii üslubdan danışmağa imkan verən “Əsrin ürəyi”, “Naxçıvan yadigarı”, “Azərbaycanım”, “Mənim adi günlərim” kimi yüzlərlə şeir Azərbaycan barokkosunun qiymətli örnəkləri olmaqla məxsusi dəyərləndirilməlidir.
Ədəbiyyat Siyahısı (0)

Bu məqalə üçün ədəbiyyat siyahısı daxil edilməyib.

Məqaləyə İstinad Formatları
APA 7TH EDITION
Cəfərov, İ. (2025). İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ, 7(1), 25-32.
VANCOUVER
Cəfərov İ. İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ. 2025;7(1):25-32.
CHICAGO MANUAL OF STYLE
Cəfərov, İman. "İSLAM SƏFƏRLİ YARADICILIĞI VƏ AVROPA BAROKKO ŞEİRİ." NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ 7, no. 1 (2025): 25-32.