Elmi Məqalələrin Axtarışı
Naxçıvan Dövlət Universiteti elmi jurnallarında dərc olunmuş məqalələr, müəlliflər və açar sözlər bazasında axtarış.
MİL-MUĞAN İQTİSADİ RAYONUNDA KƏND MƏNTƏQƏLƏRİNİN PLANLAŞDIRILMASI VƏ YENİDƏN QURULMASI
Mil-Muğan iqtisadi rayonunda əhalinin yerləşməsində, təsərrüfat sahələrinin ərazi təşkilində kənd məskunlaşması aparıcı yer tutur. Kənd əhalisi arasında təbii artımın davamlı olaraq getməsi, əhalinin sayının artması yeni ev təsərrüfatlarının yaranmas...
İQTİSADİYYATIN YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ ABŞERON YARIMADASININ ÜMUMİ SU TƏLƏBATININ ÖDƏNİLMƏSİNDƏ DƏNİZ SUYUNUN DUZSUZLAŞDIRILMASININ STRATEJİ ROLU
Məqalə yeni iqtisadi inkişaf mərhələsində Abşeron yarımadasında su təchizatının dayanıqlığının gücləndirilməsində dəniz suyunun dussuzlaşdırılmasının strateji rolunu araşdırır. Tədqiqatın aktuallığı Bakı–Sumqayıt–Abşeron şəhər agglomerasiyasının səna...
AZƏRBAYCAN RESPUBLİKASINDA DEMOQRAFİK DAYANIQLILIĞIN TƏMİN EDİLMƏSİ: PRİORİTET İSTİQAMƏTLƏR VƏ İNTEQRAL QİYMƏTLƏNDİRMƏ MODELİ
Bu elmi məqalədə Azərbaycan Respublikasında demoqrafik siyasətin prioritet istiqamətləri və demoqrafik dayanıqlılığın təmin edilməsi məsələləri araşdırılmışdır. Tədqiqatın məqsədi ölkədə mövcud demoqrafik vəziyyəti qiymətləndirmək, demoqrafik tarazlı...
NAXÇIVANDA REGİONAL İNKİŞAFIN MALİYYƏ TƏMİNATI: 2023-2027-Cİ İLLƏR DÖVLƏT PROQRAMININ STRATEJİ VƏ İQTİSADİ ASPEKTLƏRİ
Məqalədə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" nın onun maliyyə sisteminə təsiri kompleks şəkildə təhlil edilmişdir. Tədqiqatın əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan strate...
RƏQƏMSAL İQTİSADİYYATDA SOSİAL İNVESTİSİYALARIN MALİYYƏLƏŞDİRİLMƏSİ VƏ İNSAN KAPİTALININ İNKİŞAFI
Müasir rəqəmsal iqtisadiyyat şəraitində sosial investisiyaların səmərəli maliyyələşdirilməsi insan kapitalının inkişafının və dayanıqlı iqtisadi artımın əsas determinantlarından biri hesab olunur. Sosial investisiyalar təhsil, səhiyyə, sosial müdafiə...
GƏNCƏ-DAŞKƏSƏN İQTİSADİ RAYONUNUN TOPONİMİYASI VƏ REGİONUN TARİXİ-İQTİSADİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Məqalə Gəncə–Daşkəsən iqtisadi rayonunun toponimik sisteminin regionun tarixi-iqtisadi inkişaf xüsusiyyətləri ilə qarşılıqlı əlaqəsinin iqtisadi-coğrafi aspektdə təhlilinə həsr olunmuşdur. Tədqiqatın məqsədi yer adlarının semantik, funksional və etim...
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA DÖVLƏT MALİYYƏSİ, DOTASİYA ASILILIĞI VƏ YOXSULLUQ RİSKİ
Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) indikatorundan istifadə edərək, bu tədqiqat Naxçıvan Muxtar Respublikasında yoxsulluq riski, dövlət büdcələri və subsidiya asılılığı arasındakı əlaqələri qiymətləndirir. Tədqiqatın əsas məqsədi maliyyə köçürmələri...
ALİ TƏHSİLDƏ STRATEJİ PLANLAŞDIRMA ƏSASLI İDARƏETMƏNİN İNKİŞAFI, İNNOVASİYALAR VƏ DAYANIQLI İDARƏETMƏ YANAŞMALARI
Qloballaşma, rəqəmsal transformasiya və bilik iqtisadiyyatının sürətli inkişafı ali təhsil müəssisələrinin idarəetmə sistemində yeni yanaşmaların tətbiqini zəruri etmişdir. Müasir dövrdə universitetlər yalnız təhsil və elm mərkəzi deyil, həm də innov...
AZƏRBAYCANIN ŞİMAL SƏRHƏD RAYONLARINDA ƏHALİNİN NİKAH VƏZİYYƏTİ
Məqalədə dünyada və Azərbaycanın şimal sərhəd rayonlarında nikah və boşanmaların müasir vəziyyətindən bəhs olunur. Əldə olunan statistik məlumatlar və aparılan tədqiqatlar nəticəsində dünyada və ölkəmizdə nikah və boşanmaların müasir vəziyyətləri təh...
AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT GƏNCLƏR VƏ İDMAN SİYASƏTİNİN İNSTİTUTLAŞMASININ BAŞLIÇA İSTİQAMƏTLƏRİ
Məqalədə Azərbaycan Respublikasında 30 ildən artıqdır həyata keçirilən dövlət gənclər və idman siyasətinin institutlaşmasının əsas istiqamətləri araşdırılmışdır. Tədqiqatın məqsədi dövlət gənclər və idman siyasətinin institutlaşmasının dövlət siyasət...
CƏNUBİ QAFQAZDA İSLAM SİVİLİZASİYASININ İQTİSADİ İNKİŞAFINDA NAXÇIVANIN ROLU
Bu məqalədə Cənubi Qafqazda İslam sivilizasiyasının iqtisadi inkişafında Naxçıvanın rolu araşdırılır və regionun ticarət, istehsal və institusional təşkilatlanma baxımından tarixi funksiyası təhlil edilir. Yaxın Şərq, Anadolu və Qafqazı birləşdirən ə...
MASALLI RAYONUNDA HEYVANDARLIĞIN İNKİŞAF İSTİQAMƏTLƏRİ
Kənd təsərrüfatının iki böyük sahəsindən biri olan heyvandarlıq, ərzaq təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Məqalə Masallı rayonunda heyvandarlığın müasir vəziyyəti və inkişaf istiqamətlərinin öyrənilməsinə həsr edilmişdir....