İNGİLİS DİLİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN KOMPONENTLƏRİ
COMPONENTS OF PHRASEOLOGICAL UNITS IN ENGLISH
КОМПОНЕНТЫ ФРАЗЕОЛОГИЧЕСКИХ ЕДИНИЦ В АНГЛИЙСКОМ ЯЗЫКЕ
DOI: 10.64400/ndueej.037
DİL:
AZƏRBAYCAN
Xülasə
AZƏRBAYCANCA
349 söz
Məqalədə frazeoloji vahidlərdən bəhs edilir. Bu məqsədlə ingilis dilində bir sıra frazeoloji vahidlərin tərkib hissələrinə diqqət yetirilir. Dünyanın müxtəlif dillərində insanın nitq fəaliyyəti prosesində formalaşan ifadələrə rast gəlirik. Maraqlıdır ki, əksər dilçilik ədəbiyyatında frazeologiya ilə idiomatiklik eyniləşdirilir. Ekvivalent sözlər kimi idiomatik və frazeologiyadan istifadə olunur. Məqalədə bu məsələyə münasibət açıqlanır. Bundan əlavə, frazeoloji vahidlər müxtəlif elmlərin obyekti hesab olunur. Lakin əksər alimlər bunu dilçilik elminə aid edirlər. Dilin ayrılmaz vahidləri sayılan frazeoloji vahidlər çoxsaylı etimoloji və leksik-qrammatik xüsusiyyətlərə malikdir. Məqalədə frazeoloji vahidlərin tərkib hissələrinin həmin xüsusiyyətlərin təzahüründə iştirakı əsaslandırılmışdır. Məqalədə göstərilir ki, frazeoloji mənanın əmələ gəlmə mexanizmi, semantik quruluşu və bir sıra qrammatik xüsusiyyətləri tədqiq olunsa da, frazeoloji vahidin strukturunun hər bir komponentinin təsir problemi maraqlı və aktual məsələlərdən biri kimi öz araşdırmasını gözləyir. Bu, məqalədə aktual problem kimi təqdim olunur. Frazeoloji vahidlərin ümumi mənası ilə yanaşı, tərkibindəki hər bir komponentin ayrı-ayrı semantik və qrammatik xüsusiyyətləri vardır və onların bu aspektdə öyrənilməsi vacibdir. Məqalədə, əsasən, cümlə formasında olan atalar sözləri və məsəllərin tərkibinə nəzər salınır. Əsas nitq hissələri ilə ifadə olunan ifadələrin komponentləri təhlil edilir. Tədqiqatlar təsdiq edir ki, ingilis dilində frazeoloji vahidlər demək olar ki, bütün əsas nitq hissələrini əhatə edir. Lakin onlar aktivliyinə görə bir-birindən fərqlənir.
Açar sözlər
#dil
#söz
#bağlayıcı
#ifadə
#komponent
Bu məqalə Creative Commons Attribution 4.0 International (CC BY 4.0) lisenziyası ilə qorunur. Bu lisenziya orijinal müəllif və mənbəyə istinad vermək şərtilə materialın kopyalanması, paylaşılması, adaptasiya edilməsi və yenidən paylanmasına icazə verir.
İNGİLİS DİLİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN KOMPONENTLƏRİ
COMPONENTS OF PHRASEOLOGICAL UNITS IN ENGLISH
КОМПОНЕНТЫ ФРАЗЕОЛОГИЧЕСКИХ ЕДИНИЦ В АНГЛИЙСКОМ ЯЗЫКЕ
XÜLASƏ
Məqalədə frazeoloji vahidlərdən bəhs edilir. Bu məqsədlə ingilis dilində bir sıra frazeoloji vahidlərin tərkib hissələrinə diqqət yetirilir. Dünyanın müxtəlif dillərində insanın nitq fəaliyyəti prosesində formalaşan ifadələrə rast gəlirik. Maraqlıdır ki, əksər dilçilik ədəbiyyatında frazeologiya ilə idiomatiklik eyniləşdirilir. Ekvivalent sözlər kimi idiomatik və frazeologiyadan istifadə olunur. Məqalədə bu məsələyə münasibət açıqlanır. Bundan əlavə, frazeoloji vahidlər müxtəlif elmlərin obyekti hesab olunur. Lakin əksər alimlər bunu dilçilik elminə aid edirlər. Dilin ayrılmaz vahidləri sayılan frazeoloji vahidlər çoxsaylı etimoloji və leksik-qrammatik xüsusiyyətlərə malikdir. Məqalədə frazeoloji vahidlərin tərkib hissələrinin həmin xüsusiyyətlərin təzahüründə iştirakı əsaslandırılmışdır. Məqalədə göstərilir ki, frazeoloji mənanın əmələ gəlmə mexanizmi, semantik quruluşu və bir sıra qrammatik xüsusiyyətləri tədqiq olunsa da, frazeoloji vahidin strukturunun hər bir komponentinin təsir problemi maraqlı və aktual məsələlərdən biri kimi öz araşdırmasını gözləyir. Bu, məqalədə aktual problem kimi təqdim olunur. Frazeoloji vahidlərin ümumi mənası ilə yanaşı, tərkibindəki hər bir komponentin ayrı-ayrı semantik və qrammatik xüsusiyyətləri vardır və onların bu aspektdə öyrənilməsi vacibdir. Məqalədə, əsasən, cümlə formasında olan atalar sözləri və məsəllərin tərkibinə nəzər salınır. Əsas nitq hissələri ilə ifadə olunan ifadələrin komponentləri təhlil edilir. Tədqiqatlar təsdiq edir ki, ingilis dilində frazeoloji vahidlər demək olar ki, bütün əsas nitq hissələrini əhatə edir. Lakin onlar aktivliyinə görə bir-birindən fərqlənir.
AÇAR SÖZLƏR
dil
söz
bağlayıcı
ifadə
komponent
Ədəbiyyat Siyahısı (6)
- Arsenteva E. Phraseology in Multilingual Society Phraseology in Multilingual Society. Cambridge Scholars Publishing Cambridge Scholars Publishing. Copyright, 2014, 12 p.
- Bəşirova N. Müasir ingilis dilinin frazeoloji sisteminin spesifik xüsusiyyətləri. Dil və ədəbiyyat, IX cild, №4, 2019, s. 32-38.
- A.İ.Smirnitski “Лексикология английского языка / Под ред. В. В. Пассека. М.: ИЛ, 1956 (2-е изд.), 1998, 269 c.
- Тагиев М. Т. Глагольная фразеология современного русского языка (опыт изучения фразеологических единиц по окружению). Баку: Маариф, 1966, 250 с.
- Виноградов, В.В. 1963. Бодуэн де Куртенэ. Москва Издательство Академии Наук СССР,1963, 384 c.
- 50 Common Proverbs in English. https://www.engvid.com ›
Məqaləyə İstinad Formatları
APA 7TH EDITION
Qasımov, Ə. (2025). İNGİLİS DİLİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN KOMPONENTLƏRİ. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ, 131(2), 54-60. https://doi.org/10.64400/ndueej.037
VANCOUVER
Qasımov Ə. İNGİLİS DİLİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN KOMPONENTLƏRİ. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ. 2025;131(2):54-60. https://doi.org/10.64400/ndueej.037
CHICAGO MANUAL OF STYLE
Qasımov, Əli. "İNGİLİS DİLİNDƏ FRAZEOLOJİ VAHİDLƏRİN KOMPONENTLƏRİ." NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ 131, no. 2 (2025): 54-60. https://doi.org/10.64400/ndueej.037