AZƏRBAYCAN RESPUBLİKASININ REGİONLARININ XARİCİ MƏDƏNİ VƏ İQTİSADİ ƏLAQƏLƏRDƏ İŞTİRAKININ QANUNVERİCİLİK BAZASI

Cild 12, Say 2, 2025, səh. 197-205
Göndərildi: 15.10.2025 Qəbul edildi: 24.05.2025 Dərc edildi: 24.05.2025
DOI: Təyin edilməyib DİL: AZ
Müəlliflər
Nəzrin Kərimova
Azərbaycan
AZERBAIJAN
Xülasə
AZƏRBAYCANCA 331 söz
Təqdim olunan məqalədə Azərbaycan Respublikası regionlarının xarici mədəni və iqtisadi əlaqələrdə iştirakının bəzi normativ və siyasi-hüquqi aspektləri araşdırılır. Bu sahədə normativ aktların və mövcud reallıqların təhlili belə qənaətə gəlməyə imkan verdi ki, Azərbaycanın qoşulduğu ikitərəfli və çoxtərəfli müqavilə və sazişlər ölkəmizin regionlarının transsərhəd və regionlararası əməkdaşlığı üçün geniş imkanlar açır. Ölkənin üzərinə götürdüyü çoxşaxəli beynəlxalq öhdəliklər regionların sosial-iqtisadi inkişafı, mədəni layihələrin həyata keçirilməsi, Azərbaycanın və onun regionlarının dünyada tanıdılması üçün əlverişlidir. Aparılmış təhlillər deməyə imkan verir ki, Azərbaycan Respublikasının unitar quruluşu onun regionlarının beynəlxalq əməkdaşlıqda müstəqil qurumlar kimi deyil, Azərbaycan dövlətçiliyinin üzvi tərkib hissələri kimi iştirakını müəyyən edir. Bu, müəyyən tarixi, siyasi və coğrafi şəraitə və səbəblərə görə fərqli hüquqi və dövlət statusuna malik olan Naxçıvan Muxtar Respublikasına da aiddir. Muxtar respublika öz statusuna görə Azərbaycanın digər bölgələri ilə müqayisədə daha geniş hüquq və səlahiyyətlərə malik olsa da, onun xarici əlaqələri Azərbaycan qanunvericiliyi ilə kifayət qədər dəqiq müəyyən edilib. Təqdim olunan faktlardan da belə nəticə çıxır ki, Naxçıvan beynəlxalq əməkdaşlıq məsələlərində müstəsna olaraq Azərbaycanın xarici siyasət strategiyasına uyğun fəaliyyət göstərir.
CC BY 4.0

Bu məqalə Creative Commons Attribution 4.0 International (CC BY 4.0) lisenziyası ilə qorunur. Bu lisenziya orijinal müəllif və mənbəyə istinad vermək şərtilə materialın kopyalanması, paylaşılması, adaptasiya edilməsi və yenidən paylanmasına icazə verir.

AZƏRBAYCAN RESPUBLİKASININ REGİONLARININ XARİCİ MƏDƏNİ VƏ İQTİSADİ ƏLAQƏLƏRDƏ İŞTİRAKININ QANUNVERİCİLİK BAZASI

Nəzrin Kərimova
XÜLASƏ
Təqdim olunan məqalədə Azərbaycan Respublikası regionlarının xarici mədəni və iqtisadi əlaqələrdə iştirakının bəzi normativ və siyasi-hüquqi aspektləri araşdırılır. Bu sahədə normativ aktların və mövcud reallıqların təhlili belə qənaətə gəlməyə imkan verdi ki, Azərbaycanın qoşulduğu ikitərəfli və çoxtərəfli müqavilə və sazişlər ölkəmizin regionlarının transsərhəd və regionlararası əməkdaşlığı üçün geniş imkanlar açır. Ölkənin üzərinə götürdüyü çoxşaxəli beynəlxalq öhdəliklər regionların sosial-iqtisadi inkişafı, mədəni layihələrin həyata keçirilməsi, Azərbaycanın və onun regionlarının dünyada tanıdılması üçün əlverişlidir. Aparılmış təhlillər deməyə imkan verir ki, Azərbaycan Respublikasının unitar quruluşu onun regionlarının beynəlxalq əməkdaşlıqda müstəqil qurumlar kimi deyil, Azərbaycan dövlətçiliyinin üzvi tərkib hissələri kimi iştirakını müəyyən edir. Bu, müəyyən tarixi, siyasi və coğrafi şəraitə və səbəblərə görə fərqli hüquqi və dövlət statusuna malik olan Naxçıvan Muxtar Respublikasına da aiddir. Muxtar respublika öz statusuna görə Azərbaycanın digər bölgələri ilə müqayisədə daha geniş hüquq və səlahiyyətlərə malik olsa da, onun xarici əlaqələri Azərbaycan qanunvericiliyi ilə kifayət qədər dəqiq müəyyən edilib. Təqdim olunan faktlardan da belə nəticə çıxır ki, Naxçıvan beynəlxalq əməkdaşlıq məsələlərində müstəsna olaraq Azərbaycanın xarici siyasət strategiyasına uyğun fəaliyyət göstərir.
Ədəbiyyat Siyahısı (0)

Bu məqalə üçün ədəbiyyat siyahısı daxil edilməyib.

Məqaləyə İstinad Formatları
APA 7TH EDITION
Kərimova, N. (2025). AZƏRBAYCAN RESPUBLİKASININ REGİONLARININ XARİCİ MƏDƏNİ VƏ İQTİSADİ ƏLAQƏLƏRDƏ İŞTİRAKININ QANUNVERİCİLİK BAZASI. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ, 12(2), 197-205.
VANCOUVER
Kərimova N. AZƏRBAYCAN RESPUBLİKASININ REGİONLARININ XARİCİ MƏDƏNİ VƏ İQTİSADİ ƏLAQƏLƏRDƏ İŞTİRAKININ QANUNVERİCİLİK BAZASI. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ. 2025;12(2):197-205.
CHICAGO MANUAL OF STYLE
Kərimova, Nəzrin. "AZƏRBAYCAN RESPUBLİKASININ REGİONLARININ XARİCİ MƏDƏNİ VƏ İQTİSADİ ƏLAQƏLƏRDƏ İŞTİRAKININ QANUNVERİCİLİK BAZASI." NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ 12, no. 2 (2025): 197-205.