“DA VİNÇİ ŞİFRƏSİ” ROMANINDA ALTERNATİV GERÇƏKLİK VƏ DİNİ MİFİN BƏDİİ REKONSTRUKSİYASI

Cild 18, Say 4, 2025, səh. 41-45
Göndərildi: 19.12.2025 Qəbul edildi: 19.12.2025 Dərc edildi: 19.12.2025
DOI: Təyin edilməyib DİL: AZƏRBAYCAN DILI
Müəlliflər
Yeqzar Cəfərli
Naxçıvan Dövlət Universiteti
AZERBAIJAN
Xülasə
AZƏRBAYCANCA 260 söz
Məqalənin yazılmasında məqsəd Den Braunun “Da Vinçi şifrəsi” romanını alternativ tarix və dini mifin yenidən qurulması baxımından incələməkdir. Bu məqsədə çatmaq niyyət ilə bədii mətnin simvolik, eləcə də dini və tarixi yönləri aydınlaşdırılmış, gerçəklik və illüziya arasındakı sərhədlər üzərində bədii müşahidələr aparılmışdır. Belə ki, ilkin olaraq romanın fakt və fərziyyə yönləri müəyyən olunmuş, sonra əldə olunan yanaşmalar analitik şərhə cəlb edilmişdir. Yazarın bədii mətndə istifadə etdiyi simvollar, həmçinin dini və tarixi məqamlar postmodern estetika daxilində izah edilmişdir. Müəllif romanda fakt və absurdun sərhədlərinin pozulmasını postmodern yöndə oxucuya çatdırmışdır. Romandakı dini simvollar, eləcə də tarixi və alternativ təkliflər oxucuda empirik qeyri-müəyyənlik yaradır. Bundan əlavə, məqalədə postmodern nəzəriyyənin mətnlərarası əlaqə, simulyasiya, dekonstruksiya kimi bədii oyun texnologiyalarından istifadə edilmiş, məqalənin elmi-nəzəri quruluşu gücləndirilmişdir. Yazıçının alternativ gerçəklikdən məqsəd yox, vasitə kimi istifadə etməsi romanın bədii şərhinə töhfə vermişdir. Alternativ gerçəkliyin dini miflə paralel təqdimatı romanın fakt-fərziyyə keçidinin üzərində bir məna, estetik görüntü yaratmışdır.
CC BY 4.0

Bu məqalə Creative Commons Attribution 4.0 International (CC BY 4.0) lisenziyası ilə qorunur. Bu lisenziya orijinal müəllif və mənbəyə istinad vermək şərtilə materialın kopyalanması, paylaşılması, adaptasiya edilməsi və yenidən paylanmasına icazə verir.

“DA VİNÇİ ŞİFRƏSİ” ROMANINDA ALTERNATİV GERÇƏKLİK VƏ DİNİ MİFİN BƏDİİ REKONSTRUKSİYASI

Yeqzar Cəfərli
XÜLASƏ
Məqalənin yazılmasında məqsəd Den Braunun “Da Vinçi şifrəsi” romanını alternativ tarix və dini mifin yenidən qurulması baxımından incələməkdir. Bu məqsədə çatmaq niyyət ilə bədii mətnin simvolik, eləcə də dini və tarixi yönləri aydınlaşdırılmış, gerçəklik və illüziya arasındakı sərhədlər üzərində bədii müşahidələr aparılmışdır. Belə ki, ilkin olaraq romanın fakt və fərziyyə yönləri müəyyən olunmuş, sonra əldə olunan yanaşmalar analitik şərhə cəlb edilmişdir. Yazarın bədii mətndə istifadə etdiyi simvollar, həmçinin dini və tarixi məqamlar postmodern estetika daxilində izah edilmişdir. Müəllif romanda fakt və absurdun sərhədlərinin pozulmasını postmodern yöndə oxucuya çatdırmışdır. Romandakı dini simvollar, eləcə də tarixi və alternativ təkliflər oxucuda empirik qeyri-müəyyənlik yaradır. Bundan əlavə, məqalədə postmodern nəzəriyyənin mətnlərarası əlaqə, simulyasiya, dekonstruksiya kimi bədii oyun texnologiyalarından istifadə edilmiş, məqalənin elmi-nəzəri quruluşu gücləndirilmişdir. Yazıçının alternativ gerçəklikdən məqsəd yox, vasitə kimi istifadə etməsi romanın bədii şərhinə töhfə vermişdir. Alternativ gerçəkliyin dini miflə paralel təqdimatı romanın fakt-fərziyyə keçidinin üzərində bir məna, estetik görüntü yaratmışdır.
Ədəbiyyat Siyahısı (0)

Bu məqalə üçün ədəbiyyat siyahısı daxil edilməyib.

Məqaləyə İstinad Formatları
APA 7TH EDITION
Cəfərli, Y. (2025). “DA VİNÇİ ŞİFRƏSİ” ROMANINDA ALTERNATİV GERÇƏKLİK VƏ DİNİ MİFİN BƏDİİ REKONSTRUKSİYASI. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ, 18(4), 41-45.
VANCOUVER
Cəfərli Y. “DA VİNÇİ ŞİFRƏSİ” ROMANINDA ALTERNATİV GERÇƏKLİK VƏ DİNİ MİFİN BƏDİİ REKONSTRUKSİYASI. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ. 2025;18(4):41-45.
CHICAGO MANUAL OF STYLE
Cəfərli, Yeqzar. "“DA VİNÇİ ŞİFRƏSİ” ROMANINDA ALTERNATİV GERÇƏKLİK VƏ DİNİ MİFİN BƏDİİ REKONSTRUKSİYASI." NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ 18, no. 4 (2025): 41-45.