MİRZƏ ƏLƏKBƏR SABİRİN UŞAQ ŞEİRLƏRİNDƏ MİLLİ ÖZÜNÜDƏRK VƏ MAARİFÇİLİK İDEYALARI

Cild 18, Say 4, 2025, səh. 19-24
Göndərildi: 19.12.2025 Qəbul edildi: 19.12.2025 Dərc edildi: 19.12.2025
DOI: Təyin edilməyib DİL: AZƏRBAYCAN DILI
Müəlliflər
İlhamə Ağazadə
Naxçıvan Dövlət Universiteti
AZERBAIJAN
Xülasə
AZƏRBAYCANCA 400 söz
Məqalədə milli özünüdərk, maarifçilik ideyaları Mirzə Ələkbər Sabirin uşaq şeirləri əsasında təhlil edilir. XIX əsrin ikinci yarısından etibarən Azərbaycan ictimai fikir tarixində xalqın taleyi, milli şüur, ana dilinə maraq və milli ideya anlayışları formalaşmağa başlamışdır. Sabir bu inkişaf prosesində klassik ədəbiyyat ənənələrini yaşadan satira ustası kimi çıxış etmiş, həmçinin uşaq poeziyasına misilsiz töhfələr vermişdir.
Tədqiqatın məqsədi şairin ana dilinə, təhsilə və maarifçiliyə çağırış ruhlu uşaq şeirlərini milli özünüdərk və azərbaycançılıq ideologiyasının təzahürü kimi qiymətləndirməkdir. “Molla Nəsrəddin”, “Dəbistan”, “Rəhbər”, “Məktəb” və digər nəşrlərdə müntəzəm dərc olunan satirik şeirlər Sabiri xalq arasında məşhur etmişdir. Onun uşaq poeziyası gənc oxucu üçün sadə, aydın və axıcı dildə təqdim olunmuş, milli şüurun formalaşmasına, mənəvi-əxlaqi dəyərlərin təbliğinə xidmət etmişdir.
Məqalədə metod olaraq Sabirin yaradıcılığı, dövrün ictimai-mədəni mühiti, uşaq poeziyasının funksiyaları və milli özünüdərk məsələləri faktoloji materiallar əsasında təsvir olunur və elmi təhlilə cəlb edilir. Sabirin şeirlərindən nümunələr gətirilir və bu nümunələrin ideya-bədii məzmunu şərh edilir. Sabirin milli özünüdərk, maarifçilik, dil, islam və cəmiyyət barədə fikirlərinin, ümumilikdə dünya­görüşünün ideoloji əsaslarının müəyyənləşdirilməsi konseptual-ideoloji yanaşmanın tətbiqinin göstəricisidir.
Şairin fikrincə, millət yalnız gənc nəslin elmə yiyələnməsi və maariflənməsi nəticəsində bəlalardan və fəlakətlərdən xilas ola bilər. Beləliklə, M. Ə. Sabirin uşaq poeziyası milli özünüdərk, ana dilinə bağlılıq, maarifçilik və milli şüurun güclənməsi baxımından Azərbaycan ədəbiyyatında əvəzsiz yer tutur və bu gün də aktualdır.
CC BY 4.0

Bu məqalə Creative Commons Attribution 4.0 International (CC BY 4.0) lisenziyası ilə qorunur. Bu lisenziya orijinal müəllif və mənbəyə istinad vermək şərtilə materialın kopyalanması, paylaşılması, adaptasiya edilməsi və yenidən paylanmasına icazə verir.

MİRZƏ ƏLƏKBƏR SABİRİN UŞAQ ŞEİRLƏRİNDƏ MİLLİ ÖZÜNÜDƏRK VƏ MAARİFÇİLİK İDEYALARI

İlhamə Ağazadə
XÜLASƏ
Məqalədə milli özünüdərk, maarifçilik ideyaları Mirzə Ələkbər Sabirin uşaq şeirləri əsasında təhlil edilir. XIX əsrin ikinci yarısından etibarən Azərbaycan ictimai fikir tarixində xalqın taleyi, milli şüur, ana dilinə maraq və milli ideya anlayışları formalaşmağa başlamışdır. Sabir bu inkişaf prosesində klassik ədəbiyyat ənənələrini yaşadan satira ustası kimi çıxış etmiş, həmçinin uşaq poeziyasına misilsiz töhfələr vermişdir.
Tədqiqatın məqsədi şairin ana dilinə, təhsilə və maarifçiliyə çağırış ruhlu uşaq şeirlərini milli özünüdərk və azərbaycançılıq ideologiyasının təzahürü kimi qiymətləndirməkdir. “Molla Nəsrəddin”, “Dəbistan”, “Rəhbər”, “Məktəb” və digər nəşrlərdə müntəzəm dərc olunan satirik şeirlər Sabiri xalq arasında məşhur etmişdir. Onun uşaq poeziyası gənc oxucu üçün sadə, aydın və axıcı dildə təqdim olunmuş, milli şüurun formalaşmasına, mənəvi-əxlaqi dəyərlərin təbliğinə xidmət etmişdir.
Məqalədə metod olaraq Sabirin yaradıcılığı, dövrün ictimai-mədəni mühiti, uşaq poeziyasının funksiyaları və milli özünüdərk məsələləri faktoloji materiallar əsasında təsvir olunur və elmi təhlilə cəlb edilir. Sabirin şeirlərindən nümunələr gətirilir və bu nümunələrin ideya-bədii məzmunu şərh edilir. Sabirin milli özünüdərk, maarifçilik, dil, islam və cəmiyyət barədə fikirlərinin, ümumilikdə dünya­görüşünün ideoloji əsaslarının müəyyənləşdirilməsi konseptual-ideoloji yanaşmanın tətbiqinin göstəricisidir.
Şairin fikrincə, millət yalnız gənc nəslin elmə yiyələnməsi və maariflənməsi nəticəsində bəlalardan və fəlakətlərdən xilas ola bilər. Beləliklə, M. Ə. Sabirin uşaq poeziyası milli özünüdərk, ana dilinə bağlılıq, maarifçilik və milli şüurun güclənməsi baxımından Azərbaycan ədəbiyyatında əvəzsiz yer tutur və bu gün də aktualdır.
Ədəbiyyat Siyahısı (0)

Bu məqalə üçün ədəbiyyat siyahısı daxil edilməyib.

Məqaləyə İstinad Formatları
APA 7TH EDITION
Ağazadə, İ. (2025). MİRZƏ ƏLƏKBƏR SABİRİN UŞAQ ŞEİRLƏRİNDƏ MİLLİ ÖZÜNÜDƏRK VƏ MAARİFÇİLİK İDEYALARI. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ, 18(4), 19-24.
VANCOUVER
Ağazadə İ. MİRZƏ ƏLƏKBƏR SABİRİN UŞAQ ŞEİRLƏRİNDƏ MİLLİ ÖZÜNÜDƏRK VƏ MAARİFÇİLİK İDEYALARI. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ. 2025;18(4):19-24.
CHICAGO MANUAL OF STYLE
Ağazadə, İlhamə. "MİRZƏ ƏLƏKBƏR SABİRİN UŞAQ ŞEİRLƏRİNDƏ MİLLİ ÖZÜNÜDƏRK VƏ MAARİFÇİLİK İDEYALARI." NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ 18, no. 4 (2025): 19-24.