NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BİTKİ ÖRTÜYÜNDƏ QAYMAQÇİÇƏKKİMİLƏR (RANUNCULACEAE JUSS, NOM.CONS.) FƏSİLƏSİNİN TAKSONOMİK İCMALI

Cild 6, Say 4, 2024, səh. 138-143
Göndərildi: 15.10.2025 Qəbul edildi: 30.12.2024 Dərc edildi: 30.12.2024
DOI: Təyin edilməyib DİL: AZƏRBAYCAN DILI
Müəlliflər
Fəridə Səfərova
Azərbaycan
AZERBAIJAN
Raifə Salmanova
Azərbaycan
AZERBAIJAN
Xülasə
AZƏRBAYCANCA 354 söz
Məqalədə Naxçıvan Muxtar Respublikasının bitki örtüyündə Ranunculaceae Juss. fəsiləsinə daxil olan növlərin taksonomik icmalı araşdırılmışdır. Ranunculaceae Juss. fəsiləsinə daxil olan, birillik və çoxillik ot bitkiləri araşdırılmış və məlum olmuşdur ki, fəsilənin dünya florasında olan 2000-ə qədər növündən, 103 növü Azərbaycanda yayılıb. Tərəfimizdən aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Naxçıvan MR florasında isə Ranunculaceae Juss. fəsiləsinin 14 cinsinə daxil olan 55 növü müəyyən edilmişdir. Fəsilənin Ranunculus L.- Qaymaqçiçək cinsindən 15 növə, Delphinium L.- Mahmızçiçək cinsindən 10 növə, Consolida (DC.) S.F.Gray- Əsbəçiçəyi (Üsgükotu), Nigella L.-Qara çörəkotu, Thalictrum L.- Qaraqaytaran cinslərindən isə 4 növə, digər növlərdən isə 2, 3 və 1 növə rast gəlinir. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, bunlardan 11 cinsin 49 növündə zəhərli birləşmələr mövcuddur. 2014-cü ildə tərəfimizdən aparılan araşdırmalar nəticəsində 1 növ Delphinium lomakinii Kem.- Nath. - Lomakin mahmızçiçəyi yeni növ kimi verilərək 10 növ olmuşdur. Bu növ, eyni zamanda Azərbaycan florasına da daxil edilmişdir. Şahbuz rayonunun Biçənək kəndi ərazisindən tapılmış Delphinium lomakinii Kem.- Nath. - Lomakin mahmızçiçəyi növünün yeganə yayılma mərkəzi Naxçıvan MR olduğundan endemikdir. Qaymaqçiçək növləri otlaq və biçənəklərdə geniş yayılmışdı, kənd təsərrüfatı heyvanlarına ziyan vurur. Lakin buna baxmayaraq Ranunculaceae Juss., nom. Cons. – Qaymaqçiçəkkimilər fəsiləsi bitkiləri özünün elmi, estetik, sənaye və tibbi əhəmiyyətinə görə ali bitkilər içərisində önəmli mövqe tutur.
CC BY 4.0

Bu məqalə Creative Commons Attribution 4.0 International (CC BY 4.0) lisenziyası ilə qorunur. Bu lisenziya orijinal müəllif və mənbəyə istinad vermək şərtilə materialın kopyalanması, paylaşılması, adaptasiya edilməsi və yenidən paylanmasına icazə verir.

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BİTKİ ÖRTÜYÜNDƏ QAYMAQÇİÇƏKKİMİLƏR (RANUNCULACEAE JUSS, NOM.CONS.) FƏSİLƏSİNİN TAKSONOMİK İCMALI

Fəridə Səfərova, Raifə Salmanova
XÜLASƏ
Məqalədə Naxçıvan Muxtar Respublikasının bitki örtüyündə Ranunculaceae Juss. fəsiləsinə daxil olan növlərin taksonomik icmalı araşdırılmışdır. Ranunculaceae Juss. fəsiləsinə daxil olan, birillik və çoxillik ot bitkiləri araşdırılmış və məlum olmuşdur ki, fəsilənin dünya florasında olan 2000-ə qədər növündən, 103 növü Azərbaycanda yayılıb. Tərəfimizdən aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Naxçıvan MR florasında isə Ranunculaceae Juss. fəsiləsinin 14 cinsinə daxil olan 55 növü müəyyən edilmişdir. Fəsilənin Ranunculus L.- Qaymaqçiçək cinsindən 15 növə, Delphinium L.- Mahmızçiçək cinsindən 10 növə, Consolida (DC.) S.F.Gray- Əsbəçiçəyi (Üsgükotu), Nigella L.-Qara çörəkotu, Thalictrum L.- Qaraqaytaran cinslərindən isə 4 növə, digər növlərdən isə 2, 3 və 1 növə rast gəlinir. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, bunlardan 11 cinsin 49 növündə zəhərli birləşmələr mövcuddur. 2014-cü ildə tərəfimizdən aparılan araşdırmalar nəticəsində 1 növ Delphinium lomakinii Kem.- Nath. - Lomakin mahmızçiçəyi yeni növ kimi verilərək 10 növ olmuşdur. Bu növ, eyni zamanda Azərbaycan florasına da daxil edilmişdir. Şahbuz rayonunun Biçənək kəndi ərazisindən tapılmış Delphinium lomakinii Kem.- Nath. - Lomakin mahmızçiçəyi növünün yeganə yayılma mərkəzi Naxçıvan MR olduğundan endemikdir. Qaymaqçiçək növləri otlaq və biçənəklərdə geniş yayılmışdı, kənd təsərrüfatı heyvanlarına ziyan vurur. Lakin buna baxmayaraq Ranunculaceae Juss., nom. Cons. – Qaymaqçiçəkkimilər fəsiləsi bitkiləri özünün elmi, estetik, sənaye və tibbi əhəmiyyətinə görə ali bitkilər içərisində önəmli mövqe tutur.
Ədəbiyyat Siyahısı (0)

Bu məqalə üçün ədəbiyyat siyahısı daxil edilməyib.

Məqaləyə İstinad Formatları
APA 7TH EDITION
Səfərova, F., Salmanova, R. (2024). NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BİTKİ ÖRTÜYÜNDƏ QAYMAQÇİÇƏKKİMİLƏR (RANUNCULACEAE JUSS, NOM.CONS.) FƏSİLƏSİNİN TAKSONOMİK İCMALI. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ, 6(4), 138-143.
VANCOUVER
Səfərova F, Salmanova R. NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BİTKİ ÖRTÜYÜNDƏ QAYMAQÇİÇƏKKİMİLƏR (RANUNCULACEAE JUSS, NOM.CONS.) FƏSİLƏSİNİN TAKSONOMİK İCMALI. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ. 2024;6(4):138-143.
CHICAGO MANUAL OF STYLE
Səfərova, Fəridə, Raifə Salmanova. "NAXÇIVAN MUXTAR RESPUBLİKASININ BİTKİ ÖRTÜYÜNDƏ QAYMAQÇİÇƏKKİMİLƏR (RANUNCULACEAE JUSS, NOM.CONS.) FƏSİLƏSİNİN TAKSONOMİK İCMALI." NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ 6, no. 4 (2024): 138-143.