BOLQAR/BULQARLARDA QƏDİM TÜRK MİFİNİN NAXÇIVAN TOPONİMLƏRİNDƏ İZLƏRİ
Xülasə
Məqalədə əski türk mifik təfəkküründə xüsusi yeri olan bolqarlarda qədim türk mifinin Naxçıvan ərazisi toponimlərindəki izlərindən bəhs olunur. Tədqiqatlarda da adı keçən Bolqar mifinin tarixi m.ö. II-I minilliklərə söykənməklə, digər türklərdə də xatırlanmaqla, ərazi toponimik adlarında günümüzə qədər qalmışdır. Bu qədim miflərin Naxçıvan toponimlərində izi indiyədək Azərbaycan və türk alimləri tərəfindən tədqiq edilməmiş və onlarla bağlı Tanrı adının izahı verilməmişdir. Məqalədə qədim Naxçıvan ərazisi toponimik sistemindəki oykonimik adlarda Bolqar mifik adları dil və tarixi faktlar əsasında təsdiq edilir. Bu mifi daşıyan tayfalar demək olar ki, Naxçıvanın bütün toponimik sistemi oykonim, oronim, hidronimlərində də ilkin bolqar mifi variantında təkrarlanır. Bolqar türk mifinin prototürklərlə bağlı adlarda qalması bu mifik inancın qədimliyini sübut edir. İstər Naxçıvan, istərsə də digər türklərdə bu adın yeri məqalədə elmi faktlarla əsaslandırılır.
