NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

ÇİNGİZ XANIN ŞİMALİ ÇİN ÜZƏRİNƏ YÜRÜŞÜ

Xülasə

Tarixin bəzi dövlərində böyük liderlər ortaya çıxır və xalqının taleyini dəyişir.Türklərlə adət-ənənələri, mədəniyyətləri, hətta bir çox əfsanəyə görə qohumluq əlaqələri olan monqolların taleyini dəyişən isə Çingiz xan oldu.Çingiz bir dünya fatehi idi.Makedoniyalı İsgəndər, Atilla kimi həm hərb, həm dövlət idarəçiliyi sahəsində tarixə keçmiş liderlər öz sələflərinin yaratdığı sistem üzərində uğur qazamışlardır.Çingiz isə bu sistemi özü yaratmış, qurduğu dövlətin həm ilk, həm də ən qüdrətli rəhbəri olmuşdur.Çingiz imperatorluğunun sistemini qədim türk dövlətçilik ənənələrinə əsasında yaratmışdı. Çingiz xanın səfərləri çox dağıdıcı olmuş, milyonlarla insan bu yürüşlərdən əziyyət çəkmiş və öldürülmüş, onlarla dövlət və əmirliklər süqut etmiş, yüzlərlə mədəniyyət abidələri dağıdılmışdır.Lakin Çingizin tarixdəki bir çox liderə örnək ola biləcək davranışları da mövcud idi.Hərbi yürüşləri zamanı istifadə etdiyi strategiyalar Çingizin dövrünün irəlisində bir adam olduğunu nümayiş etdirir.Xüsusilə məqalənin mövzusu olan Şimali Çin yürüşü zamanı Çingiz xanın atdığı fərqli addımları və türk və monqol əfsanələrinin ortaq hədəfi olan “dünya fatehliyi” üçün lazımi xüsusiyyətlərini görmək mümkündür Məqalədə Çingiz xanın ilk böyük səfəri olan Şimali Çin yürüşünə hazırlıq prosesi, yürüşün səbəbləri, Tanqut ölkəsinə və Tszin imperatorluğu ilə müharibə zamanı baş verən çətinliklər, yürüşlərin nəticələri haqqında o dövrə aid ilkin qaynaqlardan, avropalı və türk yazıçılar tərəfindən qələmə alınmış əsərlərdən faydalanaraq ətraflı məlumat verilmişdir.