NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MƏKTƏB-İLK PEŞƏ-İXTİSAS TƏHSİL-ALİ MƏKTƏB” SİSTEMİNDƏ ŞAGİRDLƏRİN PEŞƏYÖNÜMÜ İŞLƏRİNİN TƏŞKİLİ

Xülasə

Məktəb təlimi zamanı peşə yönümü işi şagirdlərin peşələrin ilkin, elementar təhlilinə yönəlməlidir. O,özündə iki əsas məqamı ehtiva etməlidir: peşələrin məzmununu və bunun üçün lazım olan qabiliyyət və bacarıqları. Sonra bu stereotip gözlənilən peşə maraqlarına uyğun olaraq özünəqiymət,özünütəhsil və özünütərbiyə məqamları vurğulanmaqla çoxsaylı peşə seçmə materialları əsasında möhkəmləndirilməlidir. Bunların reallaşmasında məktəbin ilk peşə-ixtisas təhsili müəssisələri və ali məktəblərdə qarşılıqlı əməkdaşlığı mühüm yer tutur. Təlim prosesində şagirdlərin yaradıcılıq imkanlarını “orta məktəb-ilk peşə-ixtisas təhsili-ali məktəb” sistemində intellektual fəaliyyətin inkişafında varisliyi təmin edən xüsusi pedoqoji texnologiyaları həyata keçirməklə reallaşdırılmaq mümkündür. Burada varislik ənənələrinin qoruyub saxlanılması mühüm əhəmiyyət kəsb edir. Orta məktəblə ali məktəb arasında varislik birgə təhsil fəaliyyətində əmələ gələrək və vahid dəyərlər şkalası əsasında təyin edilərək yeni ənənələrin formalaşdırılmasına səbəb olmalıdırlar.