NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

GÖRKƏMLİ AZƏRBAYCAN MEMARI ƏCƏMİ ƏBUBƏKR OĞLU NAXÇIVANİNİN HƏYATI VƏ YARADICILIĞI HAQQINDA

Xülasə

Məqalədə görkəmli Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin həyatı, yaradıcılığı, doğum və ölüm tarixləri haqqında bəhs olunur. Qeyd edilir ki, Orta əsr mənbələrində Əcəmi Naxçıvaninin həyatı, yaradıcılığı, doğum və ölüm tarixləri haqqında indiyədək heç bir məlumat gəlib çatmamışdır. Ona görə də, memarın yaradıcılığının məhsulu olan Yusif Küseyir oğlu və Möminə xatın türbələrinin inşa tarixləri əsasında təhlillər aparılır və onun doğum və ölüm tarixləri təxmini də olsa müəyyən edilir. Belə bir nəticəyə gəlinir ki, Əcəmi Əbubəkr oğlu Naxçıvani XII yüzilliyin 20-ci illərində anadan olmuş, həmin yüzilliyin sonlarında vəfat etmişdir.