NMR-DA MÜXTƏLİF ŞƏHƏR, KƏND VƏ RAYONLARINDA GENDER BƏRABƏRLİYİ MƏSƏLƏSİNƏ YANAŞMALAR
Xülasə
Qloballaşan dünyada şəxsiyyətlərarası münasibətlərin dəyişkən hal alması, cəmiyyətin öz sturukturunu dəyişməsi, milli və mənəvi dəyərlərin məhvi gender bərabərliyi məsələsinə müraciət etməyə səbəb olmuşdur. Uşaqlara cinsi dimofirizmin aşılanmasına tənqidi münasibətin yaranması feminist, maskulin, homoseksual, transseksual, biseksualların və s. çoxalmasına gətirib çıxardı. Eynicinsli insanların (homoseksual, biseksual) münasibəti cəmiyyətin tarazlığını pozaraq əhalinin təbii artımının azalmasına eyni zamanda natamam ailələrin çoxalmasına səbəb oldu. Eyni zamanda cinsi mənsubiyyətə yad münasibətin formalaşması nəticəsində, qadın kişi məhfumları həqiqi mahiyyətini itirməyə başladı. Cinsi kimliyə yaranan tərəddütlü münasibət birbaşa duyğularda pozuntuların yarananmasına gətirib çıxartdı. Müasir günümüzdə duyğularda olan pozuntular, dəyərsizlik, tənhalıq, yetərsizlik duyğusu və bu duyğunun gətirdiyi ani, məntiqə sığmayan qərarlar mövcud məsələni işıqlandırmağa sövq etmişdir. Natamamlıq kompleksi, bir çox takıntılı davranışlar bu duyğuların utancaqlıq və kibirli davranış reaksiyaları ilə gizlədilməyə çalışması böhranlı vəziyyətin nə qədər acınacaqlı vəziyyətdə olduğundan xəbər verir. Kütləvi informasiya vasitələrinin bu istiqamətdə məqsədyönlü addımları mövcud situasiyanı daha da gərginləşdirmişdir. Bu məqalədə gender bərabərliyinin mahiyyəti, nə vaxt və harada yaranma səbəbi onun mahiyyəti bu bərabərliyin təmin olunmamasının cəmiyyətdə gətirdiyi neqativ hallar araşdırılmişdır.
