NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MAGİSTRANT PEDAQOQLARIN PEŞƏ KOMPETENSİYALARININ FORMALAŞMASINDA MAGİSTR DİSSERTASİYASININ ROLU

Xülasə

Məqalədə magistrant pedaqoqların peşə kompetensiyalarının formalaşmasında magistr dissertasiyasının rolundan bəhs edilir. Magistrantların elmi tədqiqatçılıq fəaliyyətinin təzahürü olan magistr dissertasiyası tələbənin peşə hazırlığının səviyyəsini, onun müstəqil elmi tədqiqatlar aparmaq və peşə fəaliyyəti sahəsində praktiki problemləri həll etmək bacarığını göstərən yekun ixtisas işidir. Magistr dissertasiyası magistratura proqramının sonunda magistrantın hazırlı¬ğının keyfiyyətinin ayrılmaz göstəricisidir. Bu fəaliyyət növü müəllifin nəzəri bilik potensialını, müxtəlif anlayış və nəzəriyyələri şərh etmək bacarığını, tədqiq edilən problemin yaradıcı şəkildə qavramaq bacarığını və ixtisas üzrə bilik səviyyəsini, potensialını göstərmək üçün nəzərdə tutulmuşdur. Magistr dissertasiyasının yazılması üçün magistrantdan tələb olunan magistratura hazırlığı istiqamətində nəzəri və praktiki biliklərin sistemləşdiril¬məsi, möhkəmləndirilməsi və genişləndirilməsi, onların konkret tədqiqat problem¬ləri¬nin həllində tətbiqi; tədqiq olunan psixoloji hadisə və ya prosesin elmi ideyasını və mahiyyətini əsaslandır-maq üçün nəzəri tədqiqatların aparılması; müstəqil iş aparmaq bacarıqlarının nümayiş etdirilməsi, tədqiq olunan psixoloji hadisə və ya prosesin təhlilini təmin edən metodların əsaslandırılması və istifadəsi, onun inkişaf meyllərinin və qanunauyğunluqlarının müəyyən edilməsi; tədqiq olunan psixoloji hadisənin və ya prosesin təkmilləşdirilməsi və inkişafı üçün konkret təkliflərin hazırlanması; magistrantın təhsil və ya elmi müəssisədə müstəqil işləməyə hazır olduğunu nümayiş etdirə bilməsinə dair fikirlər məqalədə şərh edilmişdir. Məqalədə magistir dissertasiyasının tərtibinə veriliən tələblər, dissertasi¬yanın hazırlanması prosesi dövründə magistrantda formalaşması zəruri olan kompetensi¬yalar, elmi rəhbərin magistir dissertasiyasının hazırlanmasında rolu və funksiyaları, dissertasiyanın hazırlanmasında ixtisas üzrə təhsil proqramında nəzərdə tutulmuş kompenesiyalar və digər məsələlər təhlilə cəlb edilmişdir.