NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MƏKTƏBƏQƏDƏR MÜƏSSİSƏLƏRDƏ BƏDƏN TƏRBİYƏNİN TƏŞKİLİ VƏ TƏDRİSİ

Xülasə

Son dövrlərdə həyata keçirilən təhsil islahatları uşaq bağçalarında da öz əksini tapmışdır. Gənc nəslin təlim-tərbiyəsində aparılan yeniliklər onların hərtərəfli inkişafına yönəlmişdir. Bu islahatların əsas məqsədi uşaqları sağlam, gümrah böyütmək, onları fiziki və mənəvi cəhətdən güclü, mərd və cəsur bir nəsil kimi yetişdirməkdir. Bununla yanaşı, uşaqlara vətənə sədaqət, dostlarına qarşı məsuliyyət hissi və vətənin müdafiəsi üçün barışmaz mövqe sərgiləməyi öyrətmək də mühüm vəzifələrdəndir. Fiziki tərbiyənin təkmilləşməsi üçün pedaqoji biliklərlə silahlanmış mütəxəssislərin yetişdirilməsi vacibdir. Fiziki tərbiyə uşaqlara səbir və həssaslıqla öyrədilməlidir ki, onların bədən və ruh sağlamlığı təmin edilsin. Bu yanaşma sayəsində müstəqil dövlətimizin gələcəyi üçün sağlam təməllər qoyulacaq, yüksək şəxsi keyfiyyətlərə malik, hərtərəfli inkişaf etmiş və kamil insanlar yetişdiriləcəkdir. Uşaqların tərbiyəsi yalnız fiziki deyil, həm də mənəvi-əxlaqi baxımdan əsaslı olmalıdır.