NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

RİYAZİYYATIN TƏDRİSİNDƏ KOMPLEKS ƏDƏDLƏRİN DAXİL EDİLMƏSİ VƏ KVADRAT ÜÇHƏDLİNİN KÖKLƏRİNİN TAPILMASI MƏSƏLƏLƏRİ

Xülasə

Ümumtəhsil məktəblərinin Riyaziyyat fənnində kompleks ədədlər haqqında zəruri materialın verilməsi həyata keçirilir. Bu materialın daxil edilməsi bir sıra səbəblərlə bərabər, həm də kvadrat üçhədlinin köklərinin varlığı və onların tapılması qaydası ilə ciddi sürətdə əlaqəlidir. Əvvəlcə, kompleks ədədlərin ümumtəhsil məktəblərdə riyaziyyatın tədrisində, həmçinin elementar riyaziyyatda daxil edilməsi ideyası araşdırılmışdır. Bundan sonra, kvadrat üçhədlinin köklərinin, tam kvadrat ayırmaq üsulu ilə, tapılması məsələsi araşdırılmış və bu prosesdə diqqətdən kənarda qala biləcək şərti razılaşmalar izah olunmuşdur. Axırda, ali pedaqoji məktəbləərin cəbr kursunun tədrisində kompleks ədədlərin daxil edilməsi üsulları və onlarla bağlı məsələlər ciddi riyazi şəkildə izah olunmuşdur.