RİYAZİ FİZİKA TƏNLİKLƏRİ FƏNNİ TƏLİMİNİN METODİKİ SİSTEMİ VƏ PRİNSİPLƏRİ
Xülasə
Məqalədə riyazi fizika tənlikləri kursu təliminin metodiki sistemi və prinsipləri məsələsinə baxılır. Ali məktəblərdə tədris olunan fənlərin öyrənilməsinə qoyulan tələbi riyazi fizika tənlikləri üçün tətbiq etməkdən ötəri iki mərhələli həll metodu tövsiyə olunur. Riyazi fizika elminin inkişafının hərəkətverici qüvvəsinin xarici və daxili olaraq iki mənbədən asılı olması izah olunur. Riyazi fizika tənlikləri fənni tədrisinin metodik sisteminin qurmaq üçün fənnin təlimi prosesinin təhlilini nəzəriyyəsinin ümumi tələbləri ilə uyğunlaşdırılmışdır. İkişaxəli məsələnin həllinin məzmunu tədris prosesində varislik prinsipinə əməl olunmasını tələb etmişdir.Diferensial tənliklər nəzəriyyəsi fizika və mexanikanın bir sıra məsələlərinin həlli ilə əlaqədar olaraq yaranmışdır.Təbiətdə baş verən bir çox proseslər müxtəlif kəmiyyətlərlə xarekterizə olunur,bu kəmiyyətlərdən bəzilərinə sərbəst,digərlərinə isə ondan asılı dəyişən kimi,yeni funksiya kimi baxmaq lazım gəlir.Axtarılan funksiya bir sərbəst dəyişəndən asılı olduqda adi, birdən çox sərbəst dəyişəndən asılı olduqda isə xüsusi törəməli diferensial tənlik adlanır.Diferensial tənliklərin həlləri sonsuz saydadır.Ona görə də müəyyən bir məsələni istər fiziki ,istərsədə mexaniki həll etmək üçün verilən tənliyin həllər çoxluğundan bu məsələni tam xarekterizə edən həlli seçmək lazımdır.Bunun üçün tənlikdən əlavə axtarılan həllin üzərinə məsələnin mahiyyətindən irəli gələn əlavə bir sıra şərtlər qoyulur.Oblastın sərhəddi üzərində verilən şərtlər sərhəd şərtləri adlanır və oblastın sərhəddi üzərində axtarılan funksiyanın vəziyyətini müəyyən edir.Başlanğıc və sərhəd şərtləri birlikdə çox vaxt sərhəd şərtləri adlanır.Bu fənnin tədris metodikasında bunların hamısı nəzərə alınmalıdır.Bunun nəzərə alınmalı mühüm səbəbi odur ki,elmi metodun tədrisdə istifadəsi həmin elm sahəsini daha tez öyrənməyin açarlarından biridir.
