NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

ƏDƏBİYYATDA SƏRHƏDSİZ DÜNYA: KOSMOPOLİTLİK VƏ LOKAL KİMLİKLƏRİN QARŞILAŞMASI (Azərbaycan ədəbiyyatına qısa baxış)

Xülasə

Müasir qloballaşma dövründə ədəbiyyat sərhədləri aşararaq kosmopolit bir mahiyyət qazanmağa başlayır. Bir tərəfdən dünya ədəbiyyatı mədəniyyətlərarası əlaqələri gücləndirərək yeni bir qlobal mədəni mühit formalaşdırır. Digər tərəfdən, yerli kimliklərin qorunması və milli ədəbiyyatların spesifik xüsusiyyətlərinin saxlanılması əsas problemlərdən biri kimi qalır. Hətta yeni məsələlərin, xüsusən Aİ dəstəkli texnoloji vasitələrin yaradıcılıq imkanlarına malik olması bu problemi daha çox qabardan məqamlara çevrilir. Bu məqalədə ədəbiyyatda kosmopolitlik və milli kimliklərin necə inkişaf etdiyi, birləşdiyi və ya toqquşduğu araşdırılacaq. Həmçinin, bu mövzunun müasir ədəbiyyata təsiri, fərqli mədəniyyətlərin bir-birini necə tamamladığı və ya münaqişəyə girdiyi də nəzərdən keçiriləcək. Məqsədimiz, bu proseslərin ədəbi əsərlərdə necə əks olunduğunu anlamaq və oxuculara daha geniş baxış bucağı təqdim etməkdir.