ZAMANIN KONSEPTUAL VƏ LİNQVİSTİK KATEQORİYALARI
Xülasə
Dilçilikdə zamanın və zaman münasibətlərinin ifadə edilməsi üçün dilin müxtəlif səviyyələrində semantik kateqoriya şəklində formalaşaraq, bir-birini müşayiət edən ifadə vasitələrinin mövcudluğu haqqında müxtəlif mülahizələr irəli sürülmüşdür. Həmin mülahizələrə əsasən, leksik səviyyədə zaman münasibətlərinin ifadəsi üçün leksik-semantik kateqoriya, morfoloji səviyyədə morfoloji-semantik kateqoriya, sintaktik səviyyədə də sintaktik-semantik kateqoriya mövcuddur. Bu kateqoriyalar zaman semantikasının daşıyıcısı olub, müəyyən funksional-semantik fərqlərə də malikdir. Zaman kateqoriyasının kontensiv münasibətlərinin dilin müxtəlif səviyyələrində təzahürü sahəsində aparılan araşdırmalar üçün müqayisəli tipoloji yön müstəsna əhəmiyyət kəsb edir.
