İNNOVATİV İNFORMASİYA TEXNOLOGİYALARİNİN RƏQABƏT ÜSTÜNLÜKLƏRİNƏ TƏSİRİ
Xülasə
Tədqiqatın aktuallığı: Tədqiqatın aktuallığı ondan ibarətdir ki, rəqəmsallaşma qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir və təşkilatlar rəqabətə davamlı qalmaq üçün bu texnologiyalara inteqrasiya olunmalıdır. Texnologiyaların tətbiqi həm də müəssisələrin yeni bazarlara daxil olmasını asanlaşdırır, müştəri mərkəzli yanaşmanı gücləndirir və strateji qərarların qəbulunu dəstəkləyir. Rəqəmsal transformasiya yalnız texnoloji deyil, həm də struktur və idarəetmə səviyyəsində dəyişikliklər tələb edir. Tədqiqatın məqsədi: Bu tədqiqatın əsas məqsədi innovativ informasiya texnologiyalarının müəssisələrin rəqabət üstünlüklərinə təsirini kompleks şəkildə araşdırmaqdır. Müasir rəqəmsal transformasiya dövründə təşkilatların çevikliyi, məhsuldarlığı və bazarda dayanıqlı mövqeyi texnologiyaların düzgün tətbiqi ilə sıx əlaqəlidir. Tədqiqatda süni intellekt, böyük verilər (big data), blokçeyn, bulud texnologiyaları, maşın öyrənməsi və avtomatlaşdırma sistemləri kimi innovativ texnologiyaların iqtisadi, sosial və sənaye sahələrində yaratdığı təsirlər geniş şəkildə təhlil edilmişdir. Tədqiqatın obyekti və predmeti: Tədqiqatın obyekti müxtəlif təşkilatlardır, predmeti isə bu texnologiyaların onların rəqabət qabiliyyətinə və bazardakı effektivliyinə təsiridir. İstifadə edilən metodlar: Əsas metod kimi statistik təhlil, müqayisəli analiz və dinamik göstəricilərin qiymətləndirilməsi üsullarından istifadə olunmuşdur. Tədqiqatın informasiya bazası: İşdə həm yerli, həm də beynəlxalq səviyyədə qəbul olunmuş elmi tədqiqatlara istinad edilmişdir. Beləliklə, bu tədqiqat innovativ texnologiyaların rəqabət mühitindəki real təsirlərini izah edən elmi-nəzəri və praktiki əsaslı araşdırmadır.
Abstract (EN)
The actuality of the subject: The relevance of the study is that digitalization has become the main driving force of the global economy and organizations must integrate these technologies in order to remain competitive. The application of technologies also facilitates the entry of enterprises into new markets, strengthens the customer-centric approach and supports strategic decision-making. Digital transformation requires changes not only at the technological, but also at the structural and management levels. Purpose and tasks of the research: The main purpose of this study is to comprehensively investigate the impact of innovative information technologies on the competitive advantages of enterprises. In the era of modern digital transformation, the agility, productivity and sustainable position of organizations in the market are closely related to the correct application of technologies. The study extensively analyzed the effects of innovative technologies such as artificial intelligence, big data, blockchain, cloud technologies, machine learning and automation systems on the economic, social and industrial spheres. Object and subject of the study: The object of the study are various organizations, and the subject is the impact of these technologies on their competitiveness and effectiveness in the market. Used research methods: Statistical analysis, comparative analysis and dynamic indicators evaluation methods were used as the main methods. The information base of the research the work refers to both domestic and international accepted scientific research. Thus, this study is a scientifically-theoretical and practically based study explaining the real effects of innovative technologies in the competitive environment
Резюме (RU)
Актуальность исследования: Актуальность исследования заключается в том, что цифровизация стала основной движущей силой мировой экономики, и организации должны интегрировать эти технологии, чтобы оставаться конкурентоспособными. Применение технологий также облегчает выход предприятий на новые рынки, усиливает клиентоориентированный подход и поддерживает принятие стратегических решений. Цифровая трансформация требует изменений не только на технологическом уровне, но и на структурном и управленческом уровне. Цель исследования: Основной целью данного исследования является комплексное изучение влияния инновационных информационных технологий на конкурентные преимущества предприятий. В современную эпоху цифровой трансформации гибкость, производительность и устойчивое положение организаций на рынке тесно связаны с правильным применением технологий. В исследовании подробно проанализировано экономическое, социальное и промышленное влияние инновационных технологий, таких как искусственный интеллект, большие данные, блокчейн, облачные технологии, машинное обучение и системы автоматизации. Объект и предмет исследования: Объектом исследования являются различные организации, а предметом — влияние этих технологий на их конкурентоспособность и эффективность на рынке. Использованные методы: В качестве основных методов использовались статистический анализ, сравнительный анализ и методы динамической оценки показателей. Информационная база исследования: В работе использованы ссылки на научные исследования, признанные как на национальном, так и на международном уровне. Таким образом, данное исследование представляет собой научно-теоретическое и практически обоснованное исследование, объясняющее реальные эффекты инновационных технологий в конкурентной среде.
