NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

AZƏRBAYCANIN ŞİMAL SƏRHƏD RAYONLARINDA ƏHALİNİN NİKAH VƏZİYYƏTİ

Xülasə

Məqalədə dünyada və Azərbaycanın şimal sərhəd rayonlarında nikah və boşanmaların müasir vəziyyətindən bəhs olunur. Əldə olunan statistik məlumatlar və aparılan tədqiqatlar nəticəsində dünyada və ölkəmizdə nikah və boşanmaların müasir vəziyyətləri təhlil edilmişdir. Hər bir ölkənin davamlı iqtisadi inkişafı və sosial rifahı yalnız təbii sərvətlərlə deyil, eyni zamanda onun mövcud demoqrafik vəziyyətindən, yəni əhalinin təkrar istehsalı prosesi ilə əlaqəli olan insan resurslarından da asılıdır. Çünki demoqrafik proseslər sosial-iqtisadi amillərin təsiri altında dəyişikliyə məruz qalır və əhalinin təbii artımında özünü göstərir. Əhalinin təbii artımına cəmiyyətdə baş verən siyasi və iqtisadi dəyişikliklər, o cümlədən insanların həyat tərzi, həyat şəraiti, sosial infrastrukturla təminatı, mədəni dəyərlərin qorunub saxlanılması və digər bir çox başqa amillər təsir göstərir. Eyni zamanda nikah və boşanmalar da demoqrafik amilləri formalaşdıran təbii artımın azalmasında və ya çoxalmasında mühüm rol oynayır.

Abstract (EN)

This article examines the current trends in marriage and divorce both globally and within the northern border regions of Azerbaijan. Drawing on statistical data and recent research findings, the study analyzes the current dynamics and patterns of marital and divorce rates in the world and in the national context. The sustainable economic development and social well-being of any country depend not only on its natural resources but also on the existing demographic situation, particularly the human resources associated with the population reproduction process. Demographic processes are subject to changes under the influence of socio-economic factors and are reflected in the natural population growth. Political and economic transformations in society, people’s lifestyles and living conditions, access to social infrastructure, preservation of cultural values, and many other factors influence the natural increase of the population. At the same time, marriage and divorce also play a significant role in shaping demographic indicators, contributing either to the decline or to growth of natural population increase.

Резюме (RU)

В статье рассматриваются современные тенденции браков и разводов как в мире, так и в северных приграничных районах Азербайджана. На основе статистических данных и результатов проведенных исследований проанализированы актуальные особенности и динамика брачно-разводных процессов как на глобальном, так и на национальном уровне. Устойчивое экономическое развитие и социальное благополучие каждой страны зависят не только от природных ресурсов, но и от существующей демографической ситуации, то есть от человеческих ресурсов, связанных с процессом воспроизводства населения. Демографические процессы изменяются под воздействием социально-экономических факторов и отражаются на естественном приросте населения. На естественный прирост населения, влияют политические и экономические изменения в обществе, образ жизни и условия жизни людей, обеспеченность социальной инфраструктурой, сохранение культурных ценностей и многие другие факторы. При этом браки и разводы также играют важную роль и формировании демографических показателей, способствуя либо снижению, либо увеличению естественного прироста.