NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

NORBORN-5-EN-2-KARBON TURŞUSU VƏ DİETİLENTRİAMİN ƏSASLI İMİDAZOLİNİN BROMİDLİ KOMPLEKSİNİN H₂S KORROZİYASINA QARŞI İNHİBİTOR KİMİ TƏTBİQİ

Xülasə

Sənayenin müxtəlif sahələrində müşahidə edilən problemlərdən biri də korroziyadır. Korroziya ilə mübarizədə müxtəlif üsul və vasitələr var. Bu üsullardan ən əlverişli üsul korroziya inhibitorlarının tətbiq edilməsidir. Təqdim olunan işdə norborn-5-en-2-karbon turşusu əsasında alınan imidazolinin allilbromidlə kompleksinin alınma üsulu və korroziya inhibitoru kimi tətbiqi əks olunmuşdur. İlk növbədə norborn-5-en-2-karbon turşusu və dietilentriamin əsasında imidazolin sintez edilmişdir. Reaksiya 3-3.5 saat müddətində 240oC temperaturda 2 mol suyun ayrılması ilə gedir. Daha sonra imidazolinin allilbromidlə 1:2 nisbətində kompleksi alınır. Reaksiya 50–60oC temperaturda 3 saat qarışdırılmaqla aparılır. Həlledici kimi 25 ml izopropil spirtindən istifadə edilir. Alınmış kompleksin quruluş və tərkibi spektroskopik üsulla təsdiq edilmiş, xüsusi müqaviməti və xüsusi elektrik keçiriciliyi təyin olunmuşdur. Alınmış NDİ+C3H5Br kompleks korroziya inhibitoru kimi sınaqdan keçirilmişdir. Kompleksin yüksək mühafizəetmə qabiliyyətinin olduğu müəyyən olunmuşdur. NDİ+C3H5Br kompleksinin mühafizə effektivliyi 300 mq/l-da 97% olmuşdur. Kompleks korroziyanın sürətini 300 mq/l qatılıqda minimuma endirmiş və 0,013 q/m2·saat-a bərabər olmuşdur. Bu halda ləngitmə əmsalının qiyməti isə maksimum həddə çataraq γ=31.5 olmuşdur.

Abstract (EN)

One of the problems observed in various fields of industry is corrosion. There are various methods and means for combating corrosion. The most convenient method of these methods is the application of corrosion inhibitors. The presented work reflects the method of obtaining the complex of imidazoline with allyl bromide, obtained on the basis of norborn-5-ene-2-carboxylic acid, and its application as a corrosion inhibitor. First, imidazoline was synthesized from norborn-5-ene-2-carboxylic acid and triethylenetetramine. The reaction proceeds for 3-3.5 hours at 240oC with the release of 2 mol of water. Then, a complex of imidazoline with hexyl bromide in 1:2 molar ratio is obtained. For the synthesis, 1 mol of imidazoline is dissolved in isopropyl alcohol, poured into a flask, and 2 mol of hexyl bromide is added to it. The reaction is carried out at a temperature of 50–60oC for 3 hours with stirring. 25 ml of isopropyl alcohol is used as a solvent.The structure and composition of the obtained complex were confirmed by spectroscopic methods, and its specific resistance and specific electrical conductivity were determined. The obtained NDI+C3H5Br complex was tested as a corrosion inhibitor. It was determined that the complex has a high protective ability. The protective efficiency of the NDI+C3H5Br complex was 97% at 300 mg/l. The complex minimized the corrosion rate at a concentration of 300 mg/l and was equal to 0.013 g/m2•h. In this case, the value of the retardation coefficient reached its maximum value and was γ=31.5.

Резюме (RU)

Одной из проблем, наблюдаемых в различных областях промышленности, является коррозия. Существуют различные методы и средства борьбы с коррозией. Наиболее удобным методом из этих методов является применение ингибиторов коррозии. В представленной работе отражен метод получения комплекса имидазолина с аллилбромидом, полученного на основе норборн-5-ен-2-карбоновой кислоты, и его применение в качестве ингибитора коррозии. Спектроскопическими методами подтверждены структура и состав полученного комплекса, определены его удельное сопротивление и удельная электропроводность. Полученный комплекс НДИ+C3H5Br был испытан в качестве ингибитора коррозии. Установлено, что комплекс обладает высокой защитной способностью. Защитная эффективность комплекса НДИ+C3H5Br составила 97% при концентрации 300 мг/л. Комплекс минимизировал скорость коррозии при концентрации 300 мг/л и был равен 0,013 г/м2•ч. При этом значение коэффициента замедления достигало максимального значения и составляло γ=31,5.