SOSİAL ƏDALƏT ANLAYIŞININ TARİXİ-FƏLSƏFİ ƏSASLARI
Xülasə
Sosial ədalət, cəmiyyət həyatında fərdlərin hüquqlarının təmin olunmasını və resursların ədalətli paylanmasını ehtiva edən anlayışdır. Tarixi prosesin inkişafı gedişatında bu anlayış, daha çox insan hüquqları, sosial müdafiə və cəmiyyətin zəif təbəqələrinin qorunması, müdafiə olunmasını ifadə etmişdir. Bugünümüzdə, sosial ədalət yalnız hüquqi mahiyyət daşımır, həm də əxlaqi və fəlsəfi mahiyyət kəsb edərərk, fərdlə cəmiyyət arasındakı münasibətləri tənzimləyir. Bu, həm hüquqların bərabərliyini təmin edir, həm də daha geniş imkanlar açaraq, fərdlərin azad həyat şərtlərini təmin edir. Sosial ədalət həm də fərd və cəmiyyət əlaqələrində ədalətli qaydaların tətbiqini nəzərdə tutur. Bu daha çox, sosial-iqtisadi bərabərliyin təmin olunmasında, sosial müdafiə, təhsil və digər ictimai xidmətlərdə balansın qorunmasında özünü göstərir. Odur ki, sosial ədalət, ayrı-ayrı fərdlər, bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyəti olan ictimai nizamın əsasını təşkil edir və nəticə etibarı ilə, inkişafın sosial tərəflərini ədalətli şəkildə tənzimləməyə xidmət edir.
Abstract (EN)
Social justice is a concept that encompasses the protection of individuals’ rights and the fair distribution of resources within social life. Throughout the course of historical development, this concept has primarily come to signify human rights, social protection, and the safeguarding and support of vulnerable groups within society. In the contemporary world, social justice does not merely possess a legal character; it also acquires ethical and philosophical significance, regulating the relationship between the individual and society. It ensures equality of rights while simultaneously creating broader opportunities that enable individuals to live under conditions of freedom. Social justice also implies the implementation of fair principles in the relationship between the individual and society. This is most clearly reflected in ensuring socio-economic equality and maintaining balance in social protection, education, and other public services. Therefore, social justice constitutes the foundation of social order that is of great importance both for individuals and for society as a whole, and ultimately serves to regulate the social dimensions of development in a fair and equitable manner.
Резюме (RU)
Социальная справедливость — это понятие, охватывающее обеспечение прав личности и справедливое распределение ресурсов в общественной жизни. В ходе исторического развития данное понятие в большей степени стало выражать идеи прав человека, социальной защиты, а также защиты и поддержки уязвимых слоёв общества. В современном мире социальная справедливость носит не только правовой характер, но и приобретает нравственное и философское значение, регулируя взаимоотношения между личностью и обществом. Она обеспечивает равенство прав и одновременно открывает более широкие возможности, создавая условия для свободной жизни индивидов. Социальная справедливость также предполагает применение справедливых принципов во взаимоотношениях между личностью и обществом. Это прежде всего проявляется в обеспечении социально-экономического равенства, сохранении баланса в системе социальной защиты, образования и других общественных услуг. Таким образом, социальная справедливость составляет основу общественного порядка, имеющего важное значение как для отдельных индивидов, так и для общества в целом, и в конечном итоге служит справедливому регулированию социальных аспектов развития.
