AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT GƏNCLƏR VƏ İDMAN SİYASƏTİNİN İNSTİTUTLAŞMASININ BAŞLIÇA İSTİQAMƏTLƏRİ
Xülasə
Məqalədə Azərbaycan Respublikasında 30 ildən artıqdır həyata keçirilən dövlət gənclər və idman siyasətinin institutlaşmasının əsas istiqamətləri araşdırılmışdır. Tədqiqatın məqsədi dövlət gənclər və idman siyasətinin institutlaşmasının dövlət siyasətinin səmərəliliyinə və gənclərin sosial-iqtisadi inkişafına təsirini müəyyən etməkdir. Tədqiqat çərçivəsində dörd başlıca istiqamət təhlil olunmuşdur: normativ-hüquqi təminatın formalaşdırılması, dövlət idarəetməsi və dövlət institutların inkişafı, gənclər təşkilatlarının dəstəklənməsi, eləcə də beynəlxalq inteqrasiya və qlobal əməkdaşlığın gücləndirilməsi. Məqalədə metod olaraq Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər və Dövlət Proqramları ictimai elmlərdə geniş istifadə olunan kontent-analizi və tarixi metodlardan istifadə edilməklə təhlil edilmişdir. Aparılan təhlillər göstərir ki, Azərbaycan Respublikasının gənclər və idman siyasəti yüksək institutlaşma səviyyəsinə malikdir; bu isə gənclərin iştirakçılığının artırılmasına və onların problemlərinin məhz özlərinin fəal iştirakı ilə aradan qaldırılmasına şərait yaradır. Beləliklə, dövlət gənclər və idman siyasətinin institutlaşması təşkilatların və prosedurların sabitləşdirilməsi, dövlətin rolunun gücləndirilməsi və gənclərin sosial-iqtisadi inkişafının təmin olunması ilə xarakterizə olunur.
Abstract (EN)
The article examines the main directions of the institutionalization of state youth and sports policy in the Republic of Azerbaijan, which has been implemented for over 30 years. The purpose of the study is to determine the impact of the institutionalization of state youth and sports policy on the effectiveness of state policy and the socio-economic development of youth. Within the framework of the study, four main directions were analyzed: the formation of normative-legal support, the development of public administration and state institutions, the support of youth organizations, as well as the strengthening of international integration and global cooperation. In the article, the methods used include content analysis and historical methods, widely applied in social sciences, to analyze the activities and State Programs carried out under the leadership of National Leader Heydar Aliyev and President Ilham Aliyev. The analysis shows that the youth and sports policy of the Republic of Azerbaijan has a high level of institutionalization; this creates conditions for increasing youth participation and addressing their problems through their active involvement. Thus, the institutionalization of state youth and sports policy is characterized by the stabilization of organizations and procedures, strengthening the role of the state, and ensuring the socio-economic development of youth.
Резюме (RU)
В статье исследованы основные направления институционализации государственной молодежной и спортивной политики в Азербайджанской Республике, осуществляемой более 30 лет. Цель исследования — определить влияние институционализации государственной молодежной и спортивной политики на эффективность государственной политики и социально-экономическое развитие молодежи. В рамках исследования проанализированы четыре основных направления: формирование нормативно-правового обеспечения, развитие государственного управления и государственных институтов, поддержка молодежных организаций, а также укрепление международной интеграции и глобального сотрудничества. В статье в качестве метода использованы контент-анализ и исторический метод, применяемые в общественных науках, для анализа мероприятий и Государственных программ, реализованных под руководством Общенационального Лидера Гейдара Алиева и Президента Ильхама Алиева. Проведенный анализ показывает, что молодежная и спортивная политика Азербайджанской Республики обладает высоким уровнем институционализации; это создает условия для повышения участия молодежи и решения их проблем именно при их активном участии. Таким образом, институционализация государственной молодежной и спортивной политики характеризуется стабилизацией организаций и процедур, усилением роли государства и обеспечением социально-экономического развития молодежи.
