CİNAYƏT PROSESİNDƏ PROSESSUAL SAZİŞİN TƏTBİQİNİN BƏZİ MƏSƏLƏLƏRİ
Xülasə
Məqalədə müasir cinayət prosesi çərçivəsində ittiham və müdafiə arasında kompromis forması kimi prosessual sazişin hüquqi təbiəti və onun mümkünlüyü hədləri tədqiq olunur, bu institutun nəzəri əsasları, məqsəd və vəzifələri araşdırılır, həmçinin təqsirsizlik prezumpsiyası, ədalətlilik və tərəflərin bərabərliyi prinsiplərinin pozulması riskləri təhlil edilir. Nəticə etibarilə belə bir qənaətə gəlinir ki, prosessual saziş institutunun inkişafı məhkəmə nəzarətinin gücləndirilməsi, onun tətbiqinin əsasları və prosessual təminatlarının normativ dəqiqləşdirilməsi ilə müşayiət olunmalıdır. Bu, institutun ədalət mühakiməsinin məna və məqsədlərinə zidd istiqamətdə istifadəsinin qarşısını alacaqdır. Tədqiqatın məqsədi prosessual sazişin hüquqi təbiətini təhlil etmək, onun mümkünlüyü hədlərini müəyyənləşdirmək və cinayət prosesinin effektivliyi ilə insan hüquqlarının müdafiəsi arasında tarazlığı təmin edən hüquqi təminatları göstərməkdən ibarətdir. Tədqiqatın obyekti: müasir cinayət prosessində ittiham və müdafiə arasında kompromis forması kimi prosessual saziş institutunun hüquqi tənzimlənməsi və tətbiqi mexanizmləri. Tədqiqatın metodları. Tədqiqat zamanı normativ-hüquqi, müqayisəli-hüquqi, sistemli və analitik metodlardan istifadə olunmuşdur. Müqayisəli təhlil vasitəsilə müxtəlif hüquq sistemlərində prosessual sazişin hüquqi tənzimi, tətbiq şərtləri və nəticələri öyrənilmiş, onların oxşar və fərqli cəhətləri müəyyən edilmişdir. Tədqiqatın orijinallığı və elmi yeniliyi. Prosessual sazişin hüquqi sərhədləri və məhdudiyyətləri elmi əsaslarla konkret şəkildə müəyyən edilmişdir. Cinayət prosesində ittiham və müdafiə arasında kompromisin tətbiqində məhkəmə nəzarətinin rolunun əhəmiyyəti nəzəri və praktiki aspektdən qiymətləndirilmişdir. Azərbaycan qanunvericiliyində prosessual saziş institutunun tətbiqi ilə bağlı təkliflər irəli sürülmüşdür.
Abstract (EN)
The article examines the legal nature and limits of admissibility of the procedural agreement (plea bargaining) as a form of compromise between the prosecution and the defense in modern criminal proceedings, theoretical foundations of this institution, its goals and objectives are considered, and the risks of violating the principles of the presumption of innocence, fairness, and equality of the parties are analyzed. It is concluded that the development of the institution of the procedural agreement should be accompanied by strengthening judicial control and by normative clarification of the grounds and procedural safeguards that exclude its use to the detriment of the interests of justice. The purpose of this article is to analyze the legal nature of the procedural agreement, to identify its limits of admissibility, and to determine the guarantees that ensure a balance between the effectiveness of criminal proceedings and the protection of individual rights. Object of the study: the legal regulation and application mechanisms of the procedural agreement as a form of compromise between the prosecution and the defense in modern criminal proceedings. Research methods. The study employed normative-legal, comparative-legal, systemic, and analytical methods. Through comparative analysis, the legal regulation, conditions of application, and consequences of procedural agreements in various legal systems were examined, and their similarities and distinctive features were identified. Originality and scientific novelty of the study. The legal boundaries and limitations of the procedural agreement have been specifically determined on a scientific basis. The importance of judicial control in the application of compromise between the prosecution and the defense in criminal proceedings has been evaluated from both theoretical and practical perspectives. Recommendations for the application of the procedural agreement institution in Azerbaijani legislation have been proposed.
Резюме (RU)
В статье исследуется правовая природа и пределы допустимости процессуального соглашения как формы компромисса между обвинением и защитой в современном уголовном судопроизводстве, анализируются риски нарушения принципов презумпции невиновности, справедливости и состязательности сторон. Делается вывод о том, что развитие института процессуального соглашения должно сопровождаться усилением судебного контроля, нормативным уточнением оснований и процедурных гарантий, исключающих его использование в ущерб интересам правосудия. Целью настоящей статьи является анализ правовой природы процессуального соглашения, выявление его пределов допустимости и определение гарантий, обеспечивающих баланс между эффективностью уголовного судопроизводства и защитой прав личности. Объект исследования: правовое регулирование и механизмы применения института процессуального соглашения как формы компромисса между обвинением и защитой в современном уголовном судопроизводстве. Методы исследования. В ходе исследования были использованы нормативно-правовой, сравнительно-правовой, системный и аналитический методы. Посредством сравнительного анализа были изучены правовое регулирование, условия применения и последствия процессуального соглашения в различных правовых системах, а также выявлены их сходные и отличительные черты. Оригинальность и научная новизна исследования. Правовые границы и ограничения процессуального соглашения определены на научной основе в конкретной форме. Роль судебного контроля при применении компромисса между обвинением и защитой в уголовном процессе оценена с теоретической и практической точек зрения. Предложены рекомендации по применению института процессуального соглашения в законодательстве Азербайджана.
