NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MÜƏLLİMİN PEDAQOJİ SƏRİŞTƏLİLYİ VƏ TƏDQİQATÇILIQ QABİLİYYƏTLƏRİ

Xülasə

Pedaqoji fəaliyyətdə müəllimin əməyi, onun elmi-pedaqoji fəaliyyəti və şəxsiyyəti təlim-tərbiyə prosesinin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir. Digər peşə sahələrindən fərqli olaraq müəllimin şəxsiyyəti yalnız peşəkar fəaliyyət çərçivəsində deyil, həm də sosial-mədəni mühitdə formalaşan dəyərlər sisteminə təsir edir. Müəllimin bilik səviyyəsi, pedaqoji ustalığı, mənəvi keyfiyyətləri və intellektual potensialı gənc nəslin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Müasir təhsil sistemində müəllim yalnız bilik ötürücüsü deyil, həm də tədqiqatçı, innovator və pedaqoji prosesin təşkilatçısı kimi çıxış edir. Bu baxımdan pedaqoji səriştəlilik müəllimin nəzəri hazırlığı, metodik bacarıqları, kommunikativ kompetensiyaları və reflektiv düşünmə qabiliyyəti ilə sıx bağlıdır. Tədqiqatçılıq bacarıqları isə müəllimin təhsil prosesini analiz etməsinə, yeni metod və yanaşmaları tətbiq etməsinə, elmi əsaslandırılmış qərarlar qəbul etməsinə imkan yaradır. Məqalədə müəllimin pedaqoji səriştəliliyinin struktur komponentləri, onun peşəkar inkişafında tədqiqat fəaliyyətinin rolu və müasir təhsil mühitində müəllimin innovativ funksiyaları təhlil olunur. Nəticə etibarilə göstərilir ki, pedaqoji səriştəlilik və tədqiqatçılıq qabiliyyətləri müəllimin peşəkar effektivliyinin əsas göstəricilərindən biri olmaqla yanaşı, təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amil kimi çıxış edir.

Abstract (EN)

In pedagogical activity, the teacher’s professional work, scientific-pedagogical engagement, and personal characteristics constitute key factors influencing the effectiveness of the teaching and learning process. Unlike many other professions, the teacher’s personality exerts a significant impact not only within the educational environment but also on the broader social and cultural context. The teacher’s knowledge level, pedagogical mastery, moral values, and intellectual capacity play a decisive role in shaping the worldview and personal development of the younger generation. Within modern educational systems, the teacher functions not merely as a transmitter of knowledge but also as a researcher, innovator, and organizer of the pedagogical process. Pedagogical competence therefore encompasses theoretical knowledge, methodological skills, communicative abilities, and reflective thinking. Research skills enable teachers to analyze educational practices, apply innovative approaches, and make evidence-based pedagogical decisions. The article examines the structural components of pedagogical competence, the role of research activity in professional development, and the innovative functions of teachers in contemporary educational environments. The findings indicate that pedagogical competence and research capacity represent essential indicators of professional effectiveness and serve as important factors in improving educational quality.

Резюме (RU)

В педагогической деятельности профессиональный труд учителя, его научно-педагогическая активность и личностные качества являются важнейшими факторами, определяющими эффективность образовательного процесса. В отличие от представителей других профессий, личность учителя оказывает значительное влияние не только на образовательную среду, но и на социально-культурное пространство общества. Уровень знаний, педагогическое мастерство, нравственные качества и интеллектуальный потенциал учителя играют ключевую роль в формировании мировоззрения молодого поколения. В современной системе образования учитель выступает не только как носитель знаний, но и как исследователь, новатор и организатор педагогического процесса. Педагогическая компетентность включает теоретическую подготовку, методические навыки, коммуникативные компетенции и рефлексивное мышление. Исследовательские способности позволяют учителю анализировать образовательный процесс, внедрять инновационные методы и принимать научно обоснованные педагогические решения. В статье анализируются структурные компоненты педагогической компетентности, роль исследовательской деятельности в профессиональном развитии учителя и его инновационные функции в современном образовательном пространстве. Делается вывод о том, что педагогическая компетентность и исследовательские способности являются важными показателями профессиональной эффективности и значимым фактором повышения качества образования.