FRAZEOLOGİYA АZƏRBАYCАN DİLÇİLİYİNİN MÜHÜM SAHƏSİ KİMİ
Xülasə
Elmi məqalədə müasir Azərbaycan dili frazeologiyanın ən aktual məsələləri, yeni metod və üsulları araşdırılmışdır. Məqalədə qeyd olunur ki, Azərbaycan dilçiliyində də frazeologiya nəzəriyyəsinin inkişaf tarixinin hərtərəfli aspektdə öyrənilməsi aktual xarakter daşıyır. Burada Azərbaycan dili frazeologiyasının həm ayrıca dil materialı əsasında həm də müqayisəli aspektdə öyrənilməsi ilə bağlı xeili sayda işlər görülməsi, dissertasiya və monoqrafiyaların yazılması haqqında məlumat verilir. Məqalədə Azərbaycan frazeologiyasının işlənməsində praktik aspekt nəzəri aspekti üstələməsi haqqında mülahizələr geniş yer tutur. Azərbaycan dilinin Naxçıvan dialekt və şivələrində frazeoloji vahidlərin struktur-qrammatik, semantik və funksional aspektlərdən öyrənilməsi məqalədə özünün aktuallığı ilə fərqlənir. Məqalədə müasir frazeologiyanın müqayisəli qarşılaşdırma, tipologiya və frazeoloji universalilər əsasındakı tədqiqatları üçün şübhəsiz ki, müxtəlif dillər üzrə ayrı-ayrı aspektlərdə aparılacaq tədqiqatlar vacib baza təşkil edəcəyi vurğulanmışdır.
