YAŞIL İQTİSADİYYAT DAVAMLI İNKİŞAFA NAİL OLMAĞIN QLOBAL HƏDƏFI KİMİ
Xülasə
Məqalədə yaşıl iqtisadiyyat nəzəriyyəsinin bazalaşdığı aksiomalar verilir, müxtəlif tədqiqatçıların “Yaşıl” iqtisadiyyatın əsas tədqiqat və iqtisadi modelləşdirmə obyektlərinə olan yanaşmaları qeyd edilir və bu yanaşmalara aid müəllif fikirləri bildirilir. Məqsəd-ölkələrdə əhalinin həyat səviyyəsində bərabərsizlik, yoxsulluq, aclıq və səhiyyə xidmətinə çıxışın tam təmin edilməsi kimi həlli lazım olan problemlərin mövcud olması şərtləri daxilində yaşıl iqtisadiyyatın və yaşıl iş yerlərinin müasir dünya üçün vacibliyi zərurətinin əsaslandırılmasıdır. Azərbaycanın da BMT-nin UNEP proqramı çərçivəsində əməkdaşlığının bir neçə fəaliyyət istiqamətində (müxtəlif konsepsiyalar üzrə öhdəliklər) icra edildiyi vurğulanmaqla məqalədə göstərilir ki, ölkəmizdə bu sahədəki potensialın artırılmasını təmin etmək üçün müvafiq seminarlar, görüşlər və s. tədbirlər təşkil edilmişdir. Metodologiya-davamlı inkişaf və yaşıl iqtisadiyyata keçidin tədqiqi zamanı müxtəlif yanaşmalar, nəzəri baxış, sistemləşdirmə, müqayisəli təhlil, sintez və s. metodlardan istifadə edilmişdir.Yaşıl iqtisadiyyat davamlı inkişafa nail olmağın ən vacib qlobal hədəfidir və bu konsepsiya təbii resurslardan maksimum səmərəli istifadə etməklə iqtisadi artımın stimullaşdırılması prinsiplərinə əsaslanır. Elmi yenilik-yaşıl iqtisadiyyat ekoloji davamlılıq və iqtisadi yüksəliş arasında tarazlığa nail olmağı əsas hədəf kimi müəyyənləşdirilmişdir. Dinamik inkişafda olan dunya birliyi olkələrinin qarşısında duran ən muhim məsələlərdən biri kimi əhalinin və sənayenin artan enerji təminatının odənilməsidir. Nəticə-davamlı inkişafa və yaşıl iqtisadiyyata keçid üzrə aparılmış tədqiqatlar ümumiləşdirilməklə əsas maneələr olan ziddiyyətli problemlər sistemləşdirilmişdir.
Abstract (EN)
This article outlines the foundational axioms of green economy theory, highlighting various researchers' approaches to key research objects and economic modeling within the "green" economy framework, along with the author's perspectives on these approaches. The primary objective is to substantiate the critical importance of the green economy and green jobs in the contemporary world, particularly amid persistent challenges such as income inequality, poverty, hunger, and inadequate access to healthcare across nations. The paper emphasizes Azerbaijan's collaboration under the UNEP program of the United Nations, which encompasses commitments across multiple conceptual directions. It is demonstrated that, to enhance potential in this domain within the country, relevant seminars, meetings, and other events have been organized. The methodology employs diverse approaches to studying sustainable development and the transition to a green economy, including theoretical perspectives, systematization, comparative analysis, synthesis, and related methods. The green economy represents a pivotal global objective for achieving sustainable development, grounded in principles that promote economic growth through maximally efficient utilization of natural resources. The scientific novelty lies in defining the green economy as a core target for attaining balance between ecological sustainability and economic advancement. Among the foremost challenges facing dynamically developing global communities is fulfilling the escalating energy demands of populations and industries. In conclusion, the research on transitioning to sustainable development and a green economy has been synthesized, with key contradictory obstacles systematically identified.
Резюме (RU)
В статье излагаются базовые аксиомы теории зеленой экономики, отмечаются подходы различных исследователей к основным объектам исследования и экономическому моделированию в рамках «зеленой» экономики, а также приводятся авторские мнения по этим подходам. Основная цель — обосновать насущную важность зеленой экономики и зеленых рабочих мест в современном мире, особенно в условиях существующих проблем, требующих решения, таких как неравенство уровня жизни населения, бедность, голод и полное обеспечение доступа к услугам здравоохранения в странах. Подчеркивается сотрудничество Азербайджана в рамках программы UNEP ООН, которое осуществляется по нескольким направлениям деятельности (обязательства по различным концепциям). В статье показано, что для обеспечения повышения потенциала в этой сфере в стране были организованы соответствующие семинары, встречи и другие мероприятия. Методология включает использование разнообразных подходов к изучению устойчивого развития и перехода к зеленой экономике, включая теоретические взгляды, систематизацию, сравнительный анализ, синтез и т.д. Зеленая экономика является наиболее важной глобальной целью для достижения устойчивого развития и основана на принципах стимулирования экономического роста путем максимально эффективного использования природных ресурсов. Научная новизна заключается в определении зеленой экономики как основной цели для достижения баланса между экологической устойчивостью и экономическим подъемом. Одной из наиболее значимых проблем, стоящих перед динамично развивающимися странами мирового сообщества, является удовлетворение растущих потребностей в энергии населения и промышленности. В заключение, исследования по переходу к устойчивому развитию и зеленой экономике обобщены, а основные противоречивые проблемы, выступающие в качестве препятствий, систематизированы.
