ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONUNUN HEYVANDARLIQ SAHƏSİ ÜZRƏ BİOENERJİ POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ
Xülasə
Müasir dünyanın qlobal ekoloji problemləri və mövcud enerji böhranı dünyada qazıntı yanacaqları əvəzinə bərpa olunan enerji mənbələrindən istifadə edilməsi zərurətinə gətirib çıxarmışdır. Hal-hazırda üzvi tullantılardan bioqaz istehsalı digər alternativ enerji mənbələri kimi diqqət mərkəzindədir. Məqalə Şərqi Zəngəzur iqtisadi rayonunun bioenerji potensialının qiymətləndirilməsinə həsr edilmişdir. Tədqiqat ərazisində heyvandarlıq tullantılarından bioqaz istehsalı potensialının qiymətləndirilməsi üçün Bioenerji və Ərzaq Təhlükəsizliyi metodologiyasından (BEFS) istifadə olunmuşdur. Tədqiqat nəticələrinə görə, Şərqi Zəngəzur iqtisadi rayonunda mal-qaranın ümumi sayı 390 min başdır, onlardan illik peyin istehsalı təxminən 236.951 ton təşkil edir ki, bunun da təqribən 130.000 tonu real bioqaz istehsalı üçün istifadə oluna bilər, Hesablamalara görə bu qədər peyin ildə 19,5 GVt/saat bioenerji istehsal edə bilər. Bu göstərici ümumilikdə ildə təxminən 6,8 GVt/saat elektrik enerjisi və 8,8 GVt/saat istilik enerjisinə bərabərdir. İqtisadi rayonda heyvandarlıq tullantılarının bioqaz istehsalına yönəldilməsi qlobal istiləşmə ilə mübarizədə effektiv vasitə olaraq, illik metan emissiyalarının ildə təxminən 54.700 ton CO₂ ekvivalenti azalmağına səbəb olacaq və Azərbaycanın Paris Sazişi üzrə öhdəliklərinin yerinə yetirilməsinə xidmət edəcəkdir.
Abstract (EN)
Global environmental challenges and the current energy crisis have necessitated the transition from fossil fuels to renewable energy sources. In this context, biogas production from organic waste is gaining attention as an alternative energy source. This article focuses on assessing the bioenergetic potential of the Eastern Zangezur economic region. The “Bioenergy and Food Security” (BEFS) methodology was used to evaluate the biogas production potential from livestock waste in the study area. According to the results, the total livestock population in the Eastern Zangezur region is 390 thousand heads, producing approximately 236,951 tons of manure annually, of which nearly 130,000 tons can be used for actual biogas production. Calculations show that this amount of manure can generate 19.5 GWh of bioenergy per year. This is equivalent to about 6.8 GWh of electricity and 8.8 GWh of thermal energy annually. The conversion of livestock waste into biogas in the economic region can be an effective tool in combating global warming by reducing annual methane emissions by approximately 54,700 tons of CO₂-equivalent, thereby contributing to Azerbaijan’s commitments under the Paris Agreement.
Резюме (RU)
Глобальные экологические проблемы современного мира и нынешний энергетический кризис привели к необходимости использования возобновляемых источников энергии вместо ископаемого топлива. В этом процессе производство биогаза из органических отходов находится в центре внимания как еще один альтернативный источник энергии. Статья посвящена оценке биоэнергетического потенциала Восточно-Зангезурского экономического района. Для оценки потенциала производства биогаза из отходов животноводства в исследуемом районе использовалась методология «Биоэнергетика и продовольственная безопасность» (BEFS). По результатам исследования, общее поголовье скота в Восточно-Зангезурском экономическом районе составляет 390 тысяч голов, ежегодное производство навоза из них составляет приблизительно 236 951 тонну, из которых приблизительно 130 000 тонн могут быть использованы для реального производства биогаза. Согласно расчетам, такое количество навоза может производить 19,5 ГВт·ч биоэнергии в год. Этот показатель эквивалентен примерно 6,8 ГВт·ч электроэнергии и 8,8 ГВт·ч тепловой энергии в год. Переработка отходов животноводства в биогаз в экономическом районе станет эффективным инструментом в борьбе с глобальным потеплением, сократив ежегодные выбросы метана примерно на 54 700 тонн эквивалента CO₂ в год и послужит выполнению обязательств Азербайджана по Парижскому соглашению.
