ƏHMƏD AĞAOĞLUNUN “SON POSTA” QƏZETİNDƏKİ YAZILARI VƏ MİLLİ-İDEOLOJİ GÖRÜŞLƏRİ
Xülasə
Türk dünyasının böyük mütəfəkkirlərindən olan Əhməd Ağaoğlu XIX əsrin sonu, XX əsrin əvvəllərində özünün bilik və bacarığı, ideya və görüşləri, mətbuat sahəsində xidmətləri ilə seçilən ziyalılardan olub. O, təqib və təzyiqlər səbəbiylə İstanbula gedəndə coğrafi baxımdan yerini dəyişsə də, ideya olaraq mübarizəsindən əl çəkmədi. Türklüyün inkişafı üçün açılmış bir çox cəmiyyətlərin qurucu üzvü oldu. “Hikmət”, “Sırat-ı Müstakim”, “Tercüman-ı Hakikat”, “Türk Yurdu” kimi mətbu orqanlarda məqalələr yazdı. Bu məqalədə XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında mühüm rol oynamış “Son Posta” qəzetində Əhməd Ağaoğlunun publisistik fəaliyyəti araşdırılır. 1930-1931-ci illəri əhatə edən bu yazılar Ağaoğlunun demokratik idarəçilik, milli iradə, siyasi məsuliyyət və çoxpartiyalı sistemə dair baxışlarını əks etdirir. Məqalədə “Son Posta” qəzetinin yaranma tarixi, ideya istiqaməti, redaksiya heyəti və Cümhuriyyət dövrü mətbuatındakı yeri təhlil olunur. Eyni zamanda, Ağaoğlunun Sərbəst Cümhuriyyət Firqəsi dövründə qələmə aldığı məqalələr kontekstual şəkildə qiymətləndirilir və onların Türkiyədə siyasi publisistikanın inkişafına verdiyi töhfələr elmi baxımdan dəyərləndirilir.
Abstract (EN)
Ahmad Agaoglu was one of the prominent representatives of the Turkish intelligentsia of the late XIX and early XX centuries, whose intellectual activity was characterized by profound erudition, high intellectual competence, a well-defined ideological framework, and substantial contributions to the formation and development of the press. Although he relocated geographically when he moved to Istanbul due to persecution and political pressure, he never abandoned his ideological struggle. He became a founding member of numerous societies established for the development of Turkish identity. Aghaoglu authored articles in several prominent periodicals, including Hikmet, Sırat-ı Müstakim, Tercuman-ı Hakikat, and Turk Yurdu. This article examines the journalistic activities of Ahmad Agaoglu in the newspaper Son Posta, which played a significant role in the socio-political life of the early Turkish Republic. Agaoglu’s articles published between 1930 and 1931 reflect his views on democratic governance, national will, political responsibility, and the multiparty system. The study analyzes the historical background, editorial structure, and ideological orientation of Son Posta, as well as its place in the Republican-era Turkish press. Furthermore, Agaoglu’s writings during the period of the Free Republican Party are evaluated within their political context, highlighting their contribution to the development of political journalism and intellectual discourse in Turkiye.
Резюме (RU)
Ахмед Агаоглу, один из выдающихся мыслителей тюркского мира, относится к числу представителей интеллигенции, которые в конце XIX - начале XX веков выделялись своими глубокими знаниями, интеллектуальным потенциалом, идейно-мировоззренческими установками и значительным вкладом в развитие журналистики. Несмотря на вынужденный переезд в Стамбул в связи с преследованиями и политическим давлением, он не отказался от своей идейной борьбы. Агаоглу стал одним из основателей ряда общественных организаций, созданных с целью развития тюркизма, и публиковал статьи в таких периодических изданиях, как Hikmet, Sırat-ı Müstakim, Tercüman-ı Hakikat и Türk Yurdu. В статье исследуется публицистическая деятельность Ахмеда Агаоглу в газете Son Posta, которая сыграла важную роль в общественно-политической жизни Турецкой Республики в начале XX века. Публикации 1930–1931 годов отражают взгляды Агаоглу на демократическое управление, национальный суверенитет, политическую ответственность и многопартийную систему. В работе анализируются история создания газеты Son Posta, её идейная направленность, редакционный состав и место в системе печати республиканского периода. Одновременно статьи Агаоглу, написанные в период деятельности Партии свободной республики, рассматриваются в контекстуальном плане, а их вклад в развитие политической публицистики в Турции оценивается с научной точки зрения
