AİLƏ MÖVZUSUNDA ATALAR SÖZLƏRİNİN LİNQVİSTİK XÜSUSİYYƏTLƏRİ
Xülasə
Birlik və həmrəyliyin, qarşılıqlı münasibətlərin güclü şəkildə təzahür etdiyi ailə insan cəmiyyətində mərkəzi yer tutur və bu mövzu müxtəlif folklor nümunələrində öz əksini tapır. Ailə cəmiyyətin əsas struktur vahidlərindən biri kimi atalar sözlərinin diqqəti cəlb edən mövzularındandır. Atalar sözləri bir xalqın mövcudluğunu təsdiq edən dil-təfəkkür faktlarıdır. Ailə dəyərlərinə həsr olunmuş atalar sözləri kollektiv müdrikliyi, mənəvi dəyərlər sistemini, sosial normaları və əxlaqi göstərişləri əks etdirir. Müəyyən bir təcrübə və mənəvi dəyərlər nəticəsində hər bir cəmiyyətin özünəməxsus quruluşuna və istifadə etdiyi dilin leksik vahidlərinə uyğun şəkildə formalaşır. Onlar aid olduğu cəmiyyəti bütün yönləri ilə təqdim edərək xalqın nitq və təfəkkür mədəniyyətini ortaya qoyur. Məqalədə ailə mövzusunda atalar sözlərinin linqvistik xüsusiyyətləri (semantik, qrammatik, üslubi və praqmatik aspektlər baxımından) təhlil olunur. Azərbaycan xalqının atalar sözlərindən nümunələr əsasında, onların sosial, mədəni və dil strukturlarına təsiri göstərilir.
Abstract (EN)
The family, as a sphere in which unity, solidarity, and interpersonal relations are strongly manifested, occupies a central position in human society and finds its reflection in various genres of folklore. As one of the fundamental structural units of society, the family constitutes a prominent theme in proverbs. Proverbs are linguistic and cognitive facts that affirm the existence and cultural identity of a people. Proverbs devoted to family values reflect collective wisdom, the system of moral values, social norms, and ethical prescriptions. Formed as a result of accumulated experience and spiritual values, proverbs develop in accordance with the unique social structure of each community and the lexical resources of the language it employs. By presenting the society to which they belong in all its dimensions, they reveal the speech culture and cognitive patterns of the people. This article analyzes the linguistic features of proverbs related to the theme of family from semantic, grammatical, stylistic, and pragmatic perspectives. Based on examples from Azerbaijani proverbs, the study demonstrates their influence on social and cultural structures as well as on linguistic organization
Резюме (RU)
Семья как сфера, в которой ярко проявляются единство, солидарность и межличностные отношения, занимает центральное место в человеческом обществе и находит своё отражение в различных жанрах фольклора. Являясь одной из основных структурных единиц общества, семья выступает важной темой в пословицах. Пословицы представляют собой языковые и когнитивные факты, подтверждающие существование и культурную идентичность народа. Пословицы, посвящённые семейным ценностям, отражают коллективную мудрость, систему нравственных ценностей, социальные нормы и этические предписания. Сформировавшиеся на основе накопленного опыта и духовных ценностей, пословицы развиваются в соответствии с уникальной социальной структурой каждого общества и лексическими ресурсами используемого языка. Представляя общество во всех его аспектах, они раскрывают речевую культуру и когнитивные модели народа. В данной статье анализируются языковые особенности пословиц, связанных с темой семьи, с семантической, грамматической, стилистической и прагматической точек зрения. На основе примеров из азербайджанских пословиц показано их влияние на социальные и культурные структуры, а также на языковую организацию.
