NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

KƏSİŞƏN MARAQLAR: NAXÇIVAN MƏSƏLƏSİ VƏ QAFQAZIN SİYASİ GEOMETRİYASI (1920–1921)

Xülasə

Məqalədə XX əsrin 20-ci illərinin əvvəllərində həlledici bir dövrdə Naxçıvan məsələsinin sovet–Türkiyə münasibətlərinə necə təsir göstərdiyi təhlil olunur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra həm Sovet Rusiyası, həm də formalaşmaqda olan Türkiyə Respublikası Cənubi Qafqazda öz təsir dairələrini genişləndirməyə çalışırdı. Strateji kəsişmə nöqtəsində yerləşən Naxçıvan onların rəqabətli, lakin qismən üst-üstə düşən maraqlarının mərkəzinə çevrildi. Müqayisəli-tarixi yanaşmadan istifadə edərək arxiv sənədləri, diplomatik yazışmalar, eləcə də türk zabitlərinin xatirələri əsasında yazdığımız məqalədə Naxçıvan məsələsinin regional güc balansını necə formalaşdırdığı araşdırılıb. Məqalədə qeyd olunur ki, sovet rəhbərliyi Ermənistanın sovetləşdirilməsi və Türkiyə üzərində siyasi təsir vasitəsilə Qafqazda nəzarəti saxlamağa çalışdığı halda, Ankara milli müstəqillik mübarizəsini gücləndirmək və şərq sərhədlərini təmin etmək məqsədilə bolşeviklərlə əməkdaşlıq edirdi. Məqalədə həmçinin Naxçıvan əhalisinin həlledici rolu vurğulanmış, onların Azərbaycanın tərkibində qalmağa yönəlmiş qətiyyətli mövqeyinin beynəlxalq danışıqlara və nəticələrə ciddi təsir göstərdiyi qeyd edilmişdir. Bu kontekstdə Naxçıvan Moskva ilə Ankara arasında həm rəqabət meydanı, həm də müvəqqəti əməkdaşlıq platforması kimi çıxış etmişdir. Tədqiqatlar belə bir nəticəyə gəlməyə imkan verir ki, Naxçıvan məsələsi yalnız ərazi və ya diplomatik mübahisə deyil, eyni zamanda sovet–Türkiyə siyasi qarşılıqlı münasibətlərinin ilkin mərhələsini formalaşdıran əsas amillərdən biri olmuşdur.

Abstract (EN)

The article analyzes how the Nakhchivan issue influenced Soviet–Turkish relations during a decisive period in the early 1920s. After the collapse of the Azerbaijan Democratic Republic, both Soviet Russia and the emerging Republic of Turkiye sought to expand their influence in the South Caucasus. Nakhchivan, located at a strategic crossroads, became central to their competing yet overlapping interests. Using a comparative-historical approach and drawing on archival documents, diplomatic correspondence, and Turkish officers’ memoirs, the study investigates how the Nakhchivan question shaped the regional balance of power. It shows that while the Soviet leadership aimed to maintain control over the Caucasus through the sovietization of Armenia and political leverage over Turkiye, Ankara sought cooperation with the Bolsheviks to strengthen its national independence struggle and secure its eastern borders. The article also highlights the decisive role of the Nakhchivan population, whose consistent support for remaining within Azerbaijan influenced international negotiations and outcomes. In this context, Nakhchivan became both a field of rivalry and a platform for temporary cooperation between Moscow and Ankara. The study concludes that the Nakhchivan issue was not only a territorial or diplomatic dispute but also a key factor shaping the early phase of Soviet–Turkish political interaction.

Резюме (RU)

В статье анализируется, каким образом Нахчыванский вопрос повлиял на советско-турецкие отношения в решающий период начала 1920-х годов. После падения Азербайджанской Демократической Республики как Советская Россия, так и формирующаяся Турецкая Республика стремились расширить своё влияние на Южном Кавказе. Нахчыван, расположенный на стратегическом перекрёстке, оказался в центре их конкурирующих, но частично пересекающихся интересов. Используя сравнительно-исторический подход и опираясь на архивные документы, дипломатическую переписку и мемуары турецких офицеров, исследование рассматривает, каким образом Нахчыванский вопрос формировал региональный баланс сил. Показано, что в то время как советское руководство стремилось сохранить контроль над Кавказом посредством советизации Армении и политического давления на Турцию, Анкара искала сотрудничества с большевиками с целью укрепления своей борьбы за национальную независимость и обеспечения безопасности восточных границ. В статье также подчёркивается решающая роль населения Нахчывана, чья последовательная поддержка идеи сохранения в составе Азербайджана оказала влияние на международные переговоры и их итоги. В этом контексте Нахчыван стал одновременно и полем соперничества, и платформой для временного сотрудничества между Москвой и Анкарой. В заключение делается вывод о том, что Нахчыванский вопрос представлял собой не только территориальный или дипломатический спор, но и ключевой фактор формирования раннего этапа советско-турецкого политического взаимодействия.