TƏRƏQQİ VƏ MÜHARİBƏ İLLƏRİNİN STAXANOVÇULARI (1935-1945-Cİ İLLƏR)
Xülasə
Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin 20-30-cu illər tarixinin öyrənilməsinin mühüm elmi və siyasi əhəmiyyəti vardır. Məqalədə 30-cu illərdə əmək məhsuldarlığını yüksəltmək uğrunda genişlənən hərəkatlardan biri olan staxanov hərəkatından, verilən dövlət tapşırıqlarını artıqlamasılə yerinə yetirmək uğrunda mübarizənin genişlənməyə başlamasından və bu hərəkatın kütləvi hərəkata çevrilməsi üçün partiyanın təşkil etdiyi tədirlərdən və muxtar respublikda bu hərəkatın nümayəndələrinin fəaliyyətindən bəhs edilir. Bu hərəkatın böyük yaradıcı qüvvəsi muxtar respublikamızın zəhmətkeşlərinin də misilsiz əmək qəhrəmanlıqları göstərməsində mühüm rol oynamışdır. Staxanovçuların, o cümlədən muxtar respublikanın sənaye müəssisələrində və kolxoz tarlalarında fəaliyyət göstərən staxanovçuların fədakar əməyi düşmən üzərində qələbə qazanılmasında böyük rol oynadı. Vurğulanmışdır ki, bu hərəkat 1935-ci ildə sosializm yarışının yeni mərhələsi kimi yaranmışdır. Öz şanlı ənənələrinə sadiq qalan muxtar respublikamızın əməkçiləri sosialzm yarışını daha da genişləndirmişlər. Məqalədə muxtar respublika yenilikçilərinin -staxanovçuların mükafatlandırılması, təltif edilmələri və s. məsələlər, həmçinin müharibə və bərpa illərində muxtar respublika staxanovçuların fəaliyyəti də araşdırılaraq tədqiq edilmişdir. Zəhmətkeş kənd əməkçiləri yüksək öhdəliklər götürərək öz vədlərinə şərəflə əməl etmişlər. Həmyerlilərimiz xalq təsərrüfatının bütün sahələrində çox böyük uğurlar qazanmışlar.
Abstract (EN)
The study of the history of Azerbaijan and its integral part, the Nakhchivan region, in the 1920s and 1930s is of great scholarly and political significance. This article examines the Stakhanovite movement-one of the growing movements for increased labor productivity in the 1930s, the beginning of a broader struggle for the full fulfillment of state mandates, the measures taken by the party to transform this movement into a mass movement, and the activities of its representatives in the autonomous republic. The enormous creative force of this movement played a significant role in the unparalleled labor feat of the workers of our autonomous republic. The selfless labor of the Stakhanovites, including those who toiled in industrial enterprises and collective farm fields in the autonomous republic, played a decisive role in achieving victory over the enemy. The article also examines the awarding and rewarding of the autonomous republic's innovators—the Stakhanovites. It was emphasized that this movement arose in 1935 as a new stage in the struggle for socialism. The workers of our autonomous republic, true to their glorious traditions, have further expanded the race for socialism. It also examines the activities of the autonomous republic's Stakhanovites during the war and reconstruction. Hardworking rural workers took on great responsibility and fulfilled their promises. Our compatriots have achieved great success in all areas of the national economy.
Резюме (RU)
Изучение истории Азербайджана и его неотъемлемой части – Нахчыванского края – в 1920–1930-е годы имеет большое научное и политическое значение. В статье рассматривается стахановское движение -одно из разраставшихся в 1930-е годы движений за повышение производительности труда, начало расширения борьбы за полное выполнение государственных заданий, меры, принятые партией по превращению этого движения в массовое, а также деятельность представителей этого движения в автономной республике. Огромная созидательная сила этого движения сыграла важную роль в беспримерном трудовом подвиге трудящихся нашей автономной республики. Самоотверженный труд стахановцев, в том числе трудившихся на промышленных предприятиях и колхозных полях автономной республики, сыграл решающую роль в достижении Победы над врагом. В статье также рассматриваются и изучаются вопросы награждения и поощрения новаторов автономной республики – стахановцев. Подчеркивалось, что это движение возникло в 1935 году как новый этап в борьбе за социализм. Трудящиеся нашей автономной республики, верные своим славным традициям, еще больше расширили гонку за социализм. Также рассматривается деятельность стахановцев автономной республики в годы войны и восстановления. Трудолюбивые сельские труженики взяли на себя высокую ответственность и выполнили свои обещания. Наши соотечественники добились больших успехов во всех областях народного хозяйства.
