NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

AMERİKA DİALEKTLƏRİNİN DİL XÜSUSİYYƏTLƏRİ

Xülasə

Məqalədə ingilis dilinin Amerikan variantı və ona daxil olan dialektlər tədqiqata cəlb olunub. Araşdırmadan aydın olur ki, Amerika dialektlərində və ləhcələrindəki fərqlər özünü həm tələffüz, həm leksika, həm də qrammatikada göstərir. Bundan başqa leksikaya aid orfoqrafik fərqlər də məqalədə öz əksini tapır. Tədqiqat nəticəsində müəyyənləşdirildi ki, orfoqrafik qaydalara görə Amerika ingiliscəsi daha çox Britaniya ingiliscəsindən fərqlənir. Tələfffez baxımından isə Amerika ingiliscəsi daha çox Kanada ingiliscəsinə yaxındır. Məqalədə müqayisələr təkcə Amerika Birləşmiş Ştatları daxilindəki dialektlər arasında deyil, həmçinin Britaniya ingiliscəsi ilə də aparılmışdır. Tədqiqatdan bəlli oldu ki, Amerika ingiliscəsi dialektləri üç əsas qrupa bölünür. Onu da qeyd etmək lazımdır ki, Amerikada əhalinin əksəriyyəti ingiliscə danışsa da, Amerika Birləşmiş Ştatlarının rəsmi dövlət dili yoxdur.