NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MƏKTƏBDƏ METODİK İŞLƏR MÜƏLLİMLƏRİN PEŞƏKARLIĞININ YÜKSƏLDİLMƏSİ AMİLİ KİMİ

Xülasə

Müasir dövr müəllimlərin qarşısında gənc nəslin hərtərəfli inkişaf etdirilməsi və onların fəal həyata hazırlanması kimi məsul və taleyüklü bir vəzifə qoymuşdur. Buna yüksək səviyyədə nail olunması isə müəllimlərin peşə və ixtisas hazırlığından çox asılıdır. Bu hazırlıq isə fasiləsiz olaraq təkmilləşməli, yeniliklərlə, innovasiyalarla əhatə olmalıdır. Bu işdə məktəblərdə təşkil edilən metodik işlər mühüm rola və geniş imkanlara malikdir. Metodik işlər müəllimlərin peşə və ixtisasları üzrə yeniliklərlə tanış olmaları, həmkarları ilə əməkdaşlıq etmələri, qabaqcıl təcrübələri öyrənib tətbiq etmələri, innovasiyalardan istifadə etmələri və pedaqoji ustalıqlarının təkmilləşdirilməsi üçün əlverişli iş forması olduğundan məktəblərdə düzgün təşkil edilməli, müəllimlərin onlardan maksimum faydalanmalarına nail olunmalıdır. Təqdim olunan məqalədə məktəbdə aparılan metodik işlərin zəruriliyi əsaslandırılmış, onun növləri və formaları haqqında məlumat verilmiş və görülməsi vacib olan işlərin məzmunu və mahiyyəti tədqiqata cəlb edilmişdir.