NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

NAXÇIVANIN RƏNGSİZ ŞƏFFAF ŞİR ALTINDAN CIZMA VƏ OYMA NAXIŞLI KERAMİKASI (IX-XIII əsrlər)

Xülasə

Məqalədə Naxçıvanın IX-XIII əsr şirli keramika nümunələrindən rəngsiz şəffaf şir altından cızma naxışlı keramikalar, onların Yaxın Şərq və Cənubi Qafqaz bənzərləri, naxış və bəzək motivləri araşdırılmış və tədqiqata cəlb olunmuşdur. Azərbaycanda olduğu kimi, Naxçıvanda da şirli keramikanın inkişafı IX əsrdən etibarən başlamış, XIII əsrədək böyük bir inkişaf yolu keçmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu tip keramikalar anqob üzərindən boyasız, monoxrom və polixrom boya naxışlı keramika nümunələri ilə Naxçıvanda çoxluq təşkil etməklə birgə, onların bənzərləri Yaxın Şərq və Cənubi Qafqaz regionunda izlənilir. İstər boyamada, istərsə də naxış və bəzək motivlərində var olan fərqliliklər onların yerli ustaların təxəyülünün məhsulu olduğundan xəbər verir. Həmçinin məqalədə cızma və oyma naxış motivinin yaranması, inkişafı, onun tətbiqi qaydaları və növlərindən bəhs olunmuşdur. ilk dövrlərdə sadə texnologiya zaman-zaman daha mürəkkəbləşmiş, boyamada sadə usullar monoxrom və polixrom boyalarla əvəzlənmişdir. Boyamada yaşıl, mavi, bənövşəyi, qəhvəyi və sarı rənglər bəzən cızma naxışları möhtəşəm şəkildə izləsə də, bəzi nümunələrdə dağınıq, töküntü və naxışdan kənar nümunələrə rast gəlinir.

İstinadlar -

  1. Əfəndi R. (1976). Azərbaycan dekorativ-tətbiqi sənətləri. İşıq.
  2. Əhmədov Q.M. (1979). Orta əsr Beyləqan şəhəri. Bakı.
  3. Muradov V.A. (2017). Naxçıvan diyarında sənətkalıq və ticarət (XVIII-X əsrin əvvəlləri). Bakı: Elm.
  4. Ибрагимов Б.И. (2000). Средневековый город Киран. Москва.
  5. Достиев Т.М. (2017). Поливная керамика средневекового города Шамкир. Поливная Керамика Средиземноморья и причерноморья X-XVIII вв. (Том II). Кишинев.
  6. Wilkinson C. K. (1897). Nishapur: Pottery of the Early İslamic Period.
  7. Шелковников Б.А. (1957). Поливная керамика из раскопок города Ани. Ереван.
  8. Вактурская Н.Н. (1959). Классификация средневековой керамика Хорезма (IХ- ХVII вв).
  9. Пугаченкова Г.А. (1950). Самаркандская керамика ХV в. Ташкент.
  10. Керимов, Л. (1983). Азербайджанский ковер (Том II). Гянджлик.