NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

AZƏRBAYCANDA UNESCO MƏDƏNİ İRSİNƏ DAXİL OLAN ABİDƏLƏRİN MÜHAFİZƏSİNİN ƏHƏMİYYƏTİ

Xülasə

Təqdim edilən məqalədə Mədəni turizmin inkişaf amilləri araşdırılmışdır. Azərbaycanda olan maddi və qeyri-maddi mədəni irsin yayıldığı coğrafi ərazilər qeyd edilmişdir. Bu irslərin illər üzrə mərhələli şəkildə UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi və qorunub saxlanılması araşdırılmışdır. Toxunması mümkün olan bütün mədəni irslər maddi mədəni irslərdir. Qeyri-maddi isə əksinədir. Mücərrəd formalı toxunması mümkün olmasa da xalqın mənəvi həyatını əks etdirən maddi olmayan irsdir, ona görə də qeyri-maddi mədəni irs adlanır. Qeyri-maddi mədəni irsə xalqın yaratdığı şifahi ənənələr, mərasimlər, ifaçılıq sənətləridir. Azərbaycanda UNESCO-nun mədəni irs siyahısına daxil olan abidələrin qorunması milli kimliyin, tarixi yaddaşın və mədəni müxtəlifliyin saxlanması baxımından mühüm əhəmiyyət daşıyır. Bu abidələr təkcə xalqımızın keçmişini deyil, həm də bəşəriyyətin ortaq mədəni sərvətini təmsil edir. Onların bərpası və mühafizəsi həm dövlət, həm də ictimai təşəbbüslərin birgə fəaliyyəti ilə həyata keçirilməlidir. Qobustan qaya rəsmləri, İçərişəhər, Şəki Xan Sarayı kimi irs nümunələri Azərbaycanın qədim sivilizasiya mərkəzi olduğunu sübut edir. Bu abidələrin qorunması gələcək nəsillərə milli dəyərlərin ötürülməsində mühüm rol oynayır. UNESCO statusu həm də beynəlxalq əməkdaşlığı və turizm potensialının artmasını təmin edir. Buna görə də bu irsin qorunması yalnız mədəni məsələ deyil, həm də strateji inkişaf istiqamətidir.

İstinadlar -

  1. Moshnyaga E.V. Concept “culturniy tourism” v sisteme conceptov megdunarodnogo tourisma // Znanie, ponimanie, umenie. 2003.№ 3. p.173–178.
  2. Ümumdünya Turizm Təşkilatının on üçüncü Baş Assambleyası tərəfindən A/RES/406(XIII) saylı qətnamə ilə qəbul edilmiş kodeks (Santyaqo, Çili 27 sentyabr-1 oktyabr 1999)
  3. Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu
  4. Məmmədova, G.Q. Turizm sahəsində dövlət siyasəti // Azərbaycanda və Rusiyada İnsan Coğrafiyası: XXI əsrdə inkişafının əsas yolları. İctimai- coğrafiyaçılarının beynəlxalq (Azərbaycan-Rusiya) elmi konfransının materialları, − Bakı: − 2019, − s. 68-72