NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MASALLI RAYONUNDA HEYVANDARLIĞIN İNKİŞAF İSTİQAMƏTLƏRİ

Xülasə

Kənd təsərrüfatının iki böyük sahəsindən biri olan heyvandarlıq, ərzaq təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Məqalə Masallı rayonunda heyvandarlığın müasir vəziyyəti və inkişaf istiqamətlərinin öyrənilməsinə həsr edilmişdir. Məqalədə Masallı rayonunun heyvanların baş sayına, istehsal olunan əsas heyvandarlıq məhsullarına və heyvandarlıq məhsulunun ümumi həcminə görə Lənkəran-Astara iqtisadi rayonunda mövqeyi müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanaraq, heyvanların baş sayı 2005-2024-cü illər, istehsal olunan əsas heyvandarlıq məhsulları 2000-2024-cü illər üzrə təhlil edilmiş, artma və azalma tendensiyası göstərilmişdir. Masallı rayonunda heyvandarlığın inkişaf perspektivlərini müəyyən etmək üçün Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-cü illər) və Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi öyrənilmişdir. Tədqiqatın məqsədi Masallı rayonunda heyvandarlığın müasir vəziyyətinin təhlili və inkişaf perspektivlərinin müəyyən olunması təşkil edir. Məqalənin hazırlanmasında statistik təhlil və sistemli analiz metodlarından istifadə edilmişdir. Tədqiqat zamanı əldə olunan nəticələrdən Lənkəran-Astara iqtisadi rayonuna daxil olan digər inzibati rayonlarda, o cümlədən ümumilikdə ölkədaxili regionlarda heyvandarlığın inkişafında istifadə etmək mümkündür.

İstinadlar -

  1. Azərbaycanın kənd təsərrüfatı. (2025). ARDSK. Statistik məcmuə. Bakı. 724 s.
  2. Azərbaycanın regionları. (2024). ARDSK. Statistik məcmuə. Bakı. 845 s.
  3. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi. (2017). Bakı. 177 s.
  4. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023-cü illər). (2021). Bakı. 728 s.
  5. Буяров, В.С., Буяров, А.В. (2016). Ресурсосберегающие технологии как основа импортозамещения в животноводстве и птицеводстве // Вестник ОрелГАУ, 2(59). С. 21-32. http://dx.doi.org/10.15217/48484
  6. Вайчулис, А.Ю., Головин, А.В. (2018). Состояние и тенденции развития животноводства в Астраханской области // Вестник АГТУ. Серия: Экономика. № 1. С. 92-104. DOI: 10.24143/2073-5537-2018-1-92-104
  7. Мирзоев, С.А. (1967). Размещение и специализация сельского хозяйства Азербайджанской ССР. Баку: Азербайджанское Государственное издательство. 320 с.
  8. Нечаев, В.И, Фетисов, С.Д., Мисюра, Н.А. (2010). Программно-целевой подход в развитии промышленного птицеводства // АПК: экономика, управление. № 4. С. 41-48.
  9. Тамбиев, Х.М. (2007). История и пути развития карачаевской породы овец. Черкесск. 222 с.
  10. Фисинин, В.И. (2012). Птицеводство России в 2011 году: состояние и перспективы инновационного развития до 2020 года // Инновационные разработки и их освоение в промышленном птицеводстве: материалы XVII Международной конференции ВНАП. С. 7-17.