AZƏRBAYCAN RESPUBLİKASI İLƏ İSRAİL DÖVLƏTİ ARASINDAKI MÜNASİBƏTLƏRDƏ SİYASİ-HƏRBİ ƏMƏKDAŞLIĞIN ROLU
Xülasə
Məqalədə Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında mövcud olan hərbi-siyasi münasibətlərin mahiyyəti, bu əlaqələrin formalaşmasına təsir edən amillər və xüsusən cənub qonşumuz olan İran İslam Respublikasının bu münasibətlərə olan təsiri və reaksiyası araşdırılıb. 44 günlük müharibənin və Rusiya-Ukrayna müharibəsinin regionda yaratdığı geosiyasi dəyişikliklər, həmçinin 2021-ci ildə İran və Azərbaycan arasında yaşanan gərginlik kontekstində İranın sərhəddə keçirdiyi hərbi təlimlərin, sərt siyasi bəyanatların və Azərbaycan - İsrail münasibətlərinə qarşı yönəlmiş ittihamların təhlili aparılıb. Həmçinin məqalədə Azərbaycan-İsrail münasibətləri iki ölkə arasındakı diplomatik əlaqələr, bu əlaqələrin qurulmasında hər iki tərəfin maraqları və hərbi-texniki əməkdaşlıq kontekstində nəzərdən keçirilmiş, bu münasibətlərin gələcək perspektivləri və ehtimal olunan inkişaf istiqamətləri proqnozlaşdırılmışdır.
