NEYROELM ƏSASLI METODİKALARIN ÜMUMİ PSİXOLOJİ SƏCİYYƏSİ
Xülasə
Məqalənin əsas məqsədi nevrologiyaya əsaslanan metodların ümumi psixoloji xüsusiyyətlərini araşdırmaqdır. Kiçikyaşlı məktəblilər üçün tətbiq olunan metodlar dövrün tendensiyalarına uyğun olmalıdır. İbtidai siniflərdə tətbiq olunan təlim metodlarının seçilməsi zamanı problemlərdən biri də şagirddə öyrənməyə daimi maraq, biliyə və onda araşdırma həvəsini necə oyatmaq məsələsidir. Başqa sözlə, bu şagirdin idrak fəaliyyətini necə gücləndirməkdir. Anlamaq lazımdır ki, uşaqlara elmin mühüm olan bütün nailiyyətlərini çatdırmaq və hər şeyi birdən öyrətmək mümkün deyil. NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ -25- İbtidai siniflərdə müəllim elə səmərəli tədris metodları seçməlidir ki, şagirdlər bu bilikləri özləri əldə etsin, eləcə də müxtəlif təlim vasitələrindən istifadə etməklə öz bacarıqlarını inkişaf etdirə bilsinlər. Bundan əlavə şagirdlərdə həyat həqiqətlərinə uyğun olan intellektual, ünsiyyət və yaradıcılıq bacarıqlarının, elmi dünyagörüşün formalaşdırılması məsələsi də diqqətdən kənarda qalmamalıdır.
