NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

QLOBAL ƏMƏK BAZARINDA RƏQƏMSALLAŞMANIN ROLUNA NƏZƏRİ BAXIŞ

Xülasə

Bu məqalədə qlobal əmək bazarında rəqəmsallaşmanın təsirləri nəzəri aspektdən təhlil olunur. Rəqəmsal transformasiya təkcə texnoloji dəyişikliklərlə məhdudlaşmayaraq, əmək bazarının strukturuna, işçi bacarıqlarının tərkibinə və institusional münasibətlər sisteminə dərin təsir göstərən çoxşaxəli bir proses kimi qiymətləndirilir. Tədqiqatda bacarıq əsaslı iqtisadiyyat, hibrid və platforma əsaslı iş modelləri, eləcə də algoritmik ədalət kimi müasir nəzəri yanaşmalar əsasında rəqəmsal iqtisadiyyatın formalaşdırdığı yeni əmək münasibətləri araşdırılır. Nəzəri baxış göstərir ki, rəqəmsallaşma şəraitində əmək bazarında yalnız texniki biliklər deyil, həm də yumşaq bacarıqlar – liderlik, yaradıcı düşüncə, adaptasiya qabiliyyəti, empatiya və emosional zəka mühüm strateji rol oynayır. Bu bacarıqlar avtomatlaşdırma və süni intellektin geniş tətbiqi şəraitində insanların əmək fəaliyyətində fərqləndirici üstünlüyə çevrilir. Bundan əlavə, rəqəmsallaşmanın nəticələri ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsi, təhsil və məşğulluq siyasətləri, sosial müdafiə mexanizmləri və institusional adaptasiya dərəcəsindən asılı olaraq dəyişir. Beləliklə, rəqəmsal transformasiya əmək bazarının gələcəyini formalaşdıran kompleks proses kimi qiymətləndirilir və insan kapitalına əsaslanan yeni inkişaf modelinin zəruriliyini önə çəkir.

İstinadlar -

  1. Agency of Strategic Initiatives. (2015). Emerging professions in the digital economy.
  2. Cntre for the New Economy and Society. (2018). The future of jobs report. World Economic Forum.
  3. EU Commission. (2024). AI Act: Legal framework for artificial intelligence in the European Union. Brussels: European Union.
  4. Frey, C., & Osborne, M. (2017). "The future of employment: How susceptible are jobs to computerisation?," Technological Forecasting and Social Change, Elsevier, vol. 114(C), p. 254-280.
  5. Halal, W., Davila, T., & et al. (2017). Forecasts of AI and future jobs in 2030: Muddling through likely, with two alternative scenarios. Journal of Futures Studies, 21 (2), 83–96.
  6. ILO. (2022). World employment and social outlook: Trends 2022. International Labour Organization.
  7. OECD. (2021). Skills for a digital world: Future of work insights. Organisation for Economic Co-operation and Development.
  8. Rodionov, D., & Rudskaya, A. (2019). Technological unemployment and regional labor market disparities. Moscow: Russian Academy of Sciences. Volume 13(7), pp. 1548-1557
  9. Rusiya Strateji Təşəbbüslər Agentliyi. (2015). Automation risk assessment for professional sectors in Russia.