NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

RƏQƏMSAL DÖVRDƏ NAXÇIVAN ETNOPEDAQOJİ NÜMUNƏLƏRİNİN GƏNCLƏRİN MƏNƏVİ-ƏXLAQ TƏRBİYƏSİNDƏ ROLU

Xülasə

texnologiya həyatımıza sürətlə təsir göstərən əsas vasitələrdəndir. Texnologiya elə bir hal alıb ki, vaxtımızın böyük əksəriyyəti onunla keçir. Gənclər bu texnologiyadan daha çox istifadə edirlər. Texnologiyanın həyatımıza bu qədər nüfuz etməsi, xüsusilə gənc nəslin formalaşmasında yeni çağırışlar yaradır. Gənclər ənənəvi dəyərlər və milli mədəniyyət haqqında bilgiləri daha çox elektron mənbələrdən əldə edir, lakin bu zaman informasiyanın doğruluğu və dəyərlərə təsiri məsələsi ön plana çıxır. Belə bir şəraitdə etnopedaqoji materiallardan istifadə edərək gənclərin milli-mənəvi tərbiyəsinə töhfə vermək vacibdir. Məqalədə etnopedaqoji elementlərin rəqəmsal tədris mühitinə inteqrasiyası gənclərin texnologiyadan istifadəsini daha məqsədyönlü hala gətirə biləcəyindən. Məsələn, interaktiv oyunlar, rəqəmsal nağıllar, virtual muzeylər və digər innovativ yanaşmalar vasitəsilə milli kimlik və mənəvi dəyərlər yeni nəsilə daha cəlbedici formada çatdırıla biləcəyindən, texnologiyadan düzgün istifadə qaydalarından, milli tərbiyə prosesinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından danışılır..

İstinadlar -

  1. Əliyeva Sədaqət Ağarəhim qızı. Etnopedaqogikan1n əsaslari. ADPU –nəşriyyatı (Darslik). BAKI - 2016. 237 səh
  2. Волков Г.Н. Этнопедагогика. – М., 2000. – 176 с
  3. Bakhtin, M. (1985). “El problema del texto en la lingüística, la filosofía y otras ciencias humanas. Ensayo de análisis filosófico”, en Mikhail Bakhtín, Estética de la creación verbal, México, Siglo XXI, pp. 294-323.