NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MƏMMƏD ARAZIN POEZİYASINDA ONOMASTİK VAHİDLƏRİN SİMVOLİK İSTİFADƏSİ

Xülasə

Məmməd Arazın poeziyasında onomastik vahidlər, coğrafi və insan adları kimi, yalnız identifikasiya vasitələri deyil, həm də şairin dünyagörüşünü, ideologiyasını və milli kimliyini ifadə edən güclü poetik elementlərdir. Məqalə, Arazın əsərlərindəki bu vahidlərin necə bir poetik çərçivəyə daxil olduğunu və onların poeziyanın strukturunda hansı funksiyaları yerinə yetirdiyini araşdırır. Şairin istifadə etdiyi coğrafi adlar, Azərbaycanın müxtəlif bölgələrini və təbii obyektlərini simvolik mənada təqdim edir. Məsələn, "Vətən mənə oğul desə" şeirində şair, Azərbaycanın təbiətini və coğrafiyasını təsvir edərək, vətənə olan dərin məhəbbətini ifadə edir. Arazın əsərlərində Təbriz və Savalan dağları kimi məkanlar, həm coğrafi obyektlər, həm də milli kimliyin simvollarıdır. Eyni zamanda, şair insan adlarını da təkrarlayaraq, həm konkret şəxsiyyətlər, həm də ümumiləşdirilmiş obrazlar yaratmaqla Azərbaycan xalqının mədəni kodlarını əks etdirir. Məmməd Arazın poeziyasında onomastik vahidlər, həm də şairin ideya və fəlsəfi düşüncələrinin əks olunduğu vasitələrdir, beləliklə, dilin və ədəbiyyatın dərin qatlarını ortaya qoyur.

İstinadlar -

  1. Əhmədova, P. 2024 Azərbaycan poeziyasında Məmməd Araz obrazı. Qədim Diyar Beynəlxalq Elmi Jurnal, 6(11), 93–97.
  2. Qasımov, R. 2017, iyun 5). Azərbaycan ünvanlı Məmməd Araz poeziyası. 525-ci qəzet.
  3. Məmməd Arazın poetik dilində terminlər. (2012). Terminologiya məsələləri, (1), 147–152.
  4. Sözü Qarabağ səngərlərindən eşidilən böyük şairimiz. (2019, oktyabr 14). Aqreqator. https://aqreqator.az/az/medeniyyet/3326680
  5. Məmməd Araz rəsmi saytı. (n.d.). (Pitsunda, avqust 1981) https://www.memmedaraz.az/?menu=474
  6. Лотман, Ю.М. Анализ поэтического текста / Ю.М.Лотман. – Ленинград: Просвещение, –1972. – 271 c.
  7. Araz, M. Seçilmiş əsərləri.2 cilddə, – c.1.M.Araz. Bakı: Lider nəşriyyat, 2004, 337 s.
  8. Qasimov Ramiz AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent (525-ci qəzet.- 2017.- 14 oktyabr.- S.23.)
  9. Hikmət, N. Türk Edebiyatı, Ahmet Kabaklı. III. C. İstanbul: Türk Edebiyatı Vakfı Yayınları, 2004, s. 681.