FEİL ZAMAN FORMALARI İNGİLİS MƏTNLƏRİNDƏ KOHEZİYA VASİTƏSİ KİMİ
Xülasə
Mətn koheziyası yazının müxtəlif hissələri arasında məna və struktur əlaqəsini yaradan açar elementlərdən biridir. Məlumdur ki, feil zaman formaları hadisələr arasında ardıcıllığı təmin etməklə məna bütövlüyünü qoruyur və oxucu üçün anlaşıqlığı artırır. Bu məqalə ingilis dilində mətn koheziyasının təmin olunmasında feil zaman formalarının rolunu araşdırır. Araşdırma deskriptiv və analitik metodlarla aparılmış, material olaraq akademik esselər, bədii mətnlər və tələbə yazıları seçilmişdir. Təhlil nəticəsində müəyyən edilmişdir ki, keçmiş sadə zaman (past simple) forması mətnin ardıcıllığını qorumaqda mühim rol oynayır. Digər tərəfdən, indiki bitmiş zaman (present perfect) forması isə keçmişdə baş vermiş hadisələri indiki vəziyyətlə əlaqələndirərək semantik əlaqəni daha da gücləndirir. Azərbaycan, rus və ingilis müəlliflərinin nəzəri yanaşmalarının müqayisəli təhlili bir daha sübut edir ki, feil zamanlarının məqsədyönlü və kontekstə uyğun istifadəsi mətnin qrammatik və semantik bütövlüyünü təmin edir. Ümumilikdə, feil zamanlarının düzgün istifadəsinin mətnin əlaqəliliyi, ardıcıllığını və oxunaqlılığını artıran əsas qrammatik amillərdən biridir.
