NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MÖVLUD SÜLEYMANLININ “DƏYİRMAN” POVESTİNDƏ ARXETİPİK YADDAŞIN BƏRPASI

Xülasə

Məqalədə Mövlud Süleymanlının “Dəyirman” povesti tədqiqat obyekti kimi seçilmiş, əsərdə arxetipik yaddaşın bərpası problemi elmi-nəzəri aspektdən araşdırılmışdır. Tədqiqatda fərdi və kollektiv yaddaşın qarşılıqlı əlaqəsi, arxetipik yaddaşın itirilməsi və yenidən dirçəldilməsi prosesi bədii mətn kontekstində təhlil edilir. Povestdə təqdim olunan ikiqütblü və parçalanmış şəxsiyyət modeli tarixi yaddaşda formalaşmış qorxu sindromu ilə əlaqələndirilir və bu sindromun şəxsiyyətin psixoloji bütövlüyünə təsiri açıq şəkildə göstərilir. Məqalədə həmçinin sosial-siyasi gerçəkliklərin insan şüuruna və davranışına təsiri sosial-psixoloji müstəvidə dəyərləndirilir, mifopoetik təfəkkürün tarixi yaddaşın bərpası və ya parçalanmasında oynadığı rol üzə çıxarılır. Müəllif povestdə mifdən bəhrələnmə, simvolik obrazlar və arxetipik motivlər vasitəsilə yaddaşın yenidən qurulması mexanizmini izah edir. Aparılan mühakimələr göstərir ki, “Dəyirman” povesti yaddaş, kimlik və tarixi şüur problemlərinin bədii ifadəsi baxımından mühüm ədəbi nümunədir.